“Zirə”nin kapitanı: “İstədiyimiz nəticəni qazanmağa çalışacağıq”
Icma.az, Idman.biz saytına istinadən bildirir.
“Zirə” komandası UEFA Konfrans Liqasındakı oyuna hazırdır.
Bu sözləri İdman.Biz-in sualına cavabında “Zirə”nin kapitanı Qismət Alıyev mətbuat konfransında deyib.
Cinah müdafiəçisi Bakıda Gürcüstanın “Torpedo” klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:
“Bizim də kifayət qədər təcrübəmiz var. Sabah meydanda əlimizdən gələni edəcəyik ki, istədiyimiz nəticəni qazanaq. Çətin qarşılaşma olacaq. Rəqib yaxşı kollektivdir. Daha əvvəl də isti havada oyunlarımız olub. Problem olacağını düşünmürəm. Komanda olaraq sabahkı matça hazırıq”.
Xatırladaq ki, “Zirə” - “Torpedo” oyunu iyulun 8-də, saat 20:00-da Mehdi Hüsenyzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Cavab qarşılaşması iyulun 16-da baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 07 İyul 2026 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















