“Zirə”nin sabiq futbolçusu Azərbaycana QAYIDIR
Icma.az, Bizim media saytına istinadən bildirir.
"Zirə"nin sabiq futbolçusu Salifu Suma yenidən Azərbaycana qayıda bilər.
Bizim.Media xəbər verir ki, “Malmö”nün hücumçusu ümidləri doğrulda bilməyib.
“Malmö” qvineyalı forvardı mövsümün əvvəlində “Zirə”dən 1,3 milyon avro qarşılığında böyük ümidlərlə transfer edib. Lakin 22 yaşlı oyunçu yeni komandasında əsas heyətə düşə bilməyib.
Bu da Sumanın dəyərini ikiqat azaldıb. Suma qış fasiləsində Polşa klubu “Radomyak”a icarəyə verilsə də, Ekstraklasada da istənilən performansı ortaya qoya bilmir.
Futbolçu mövsümün sonunda “Malmö”yə qayıtmalıdır. Lakin isveçlilər onu saxlamağı planlaşdırmır.
Məlumatda vurğulanıb ki, Suma Azərbaycanla yanaşı, başqa bir neçə ölkədən təklif alıb.
Onun “Malmö” ilə müqavilə müddəti 2029-cu ilin sonuna qədərdir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 21 Aprel 2026 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















