Icma.az
close
up
RU
Zirzəmi də vəziyyət qarışıqdır

Zirzəmi də vəziyyət qarışıqdır

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasında XII turun oyunları keçirilir. Bu isə o deməkdir ki, ikinci dövrə start götürüb. Elitada iştirakçıların sayı artıqdan, "Karvan-Yevlax”la "İmişli”nin Premyer Liqaya buraxılmasından sonra çempionatda gərginliyin, maraqlı qarşılaşmaların da çoxalacağı deyilirdi.

Mükafatlar uğrunda mübarizə aparanlar sırasında bu iki komandanın heç biri yoxdur. "İmişli” doğma meydana, imişlili futbol azarkeşləri isə rayonlarının adını daşıyan komandaya həsrət qalıb. Aran təmsilçisi çempionatın ilk turlarında rəqiblərini Şamaxıda qəbul etdi. Daha sonra isə bir qədər də şimala, Qubaya köçüb. "Karvan-Yevlax”ın doğma meydana qayıdışı isə yalnız bu tur mümkün oldu.

Bütün bu problemlər öz yerində. Onsuz da belə olacağı da gözlənilən idi. Tələm-tələsik qərar verən, elita iştirakçılarının sayını artırmaq üçün nöqsanlara göz yuman AFFA bu mövsümlük "İmişli” ilə "Karvan-Yevlax”a müəyyən güzəştlər edib. Ümid edək ki, bu komandaların ikisi də elitadakı yerini qorumağı bacarsa, gələn mövsümdən daha peşəkar davranacaq, öz stadionlarında oynayacaq, tələblərə cavab verəcəklər. AFFA-nın güzəştinə bel bağlayıb, ayrılan maliyyəni legionerlərə xərcləmək, elitada gün keçirmək, yer doldurmaq xatirinə oynamaq heç də adil davranış deyil. Məsuliyyəti qəbul etmək və ona uyğun davranmaq lazımdır.

Elə bu yazıda turnir cədvəlinin "zirzəmi”sindəki vəziyyətə toxunmaq istəyirəm. Mükafatçılara iddia edənlərin sırası aydınlaşmaqdadır, onların mübarizəsində mürəkkəb nəsə yoxdur. "Qarabağ” ağırlığını meydana qoyur, zirvədəki yerini inamla qoruyur. "Zirə”, "Turan Tovuz”, "Sabah” ondan sonrakı yerləri tutmaq üçün çalışırlar. "Neftçi”nin, "Araz Naxçıvan”ın da müəyyən şansları var ki, mövsümü medalla başa vurub, avrokuboklara vəsiqə qazansınlar. Bütün bunların fonunda çempionatın sonuncusu olmamaq uğrunda da gərgin mübarizə gedir. Heç kim "dibə vurmaq”, elitanı tərk etmək istəmir. Çünki söhbət təkcə nüfuz davasından yox, həm də dövlətin ayırdığı milyonları itirməkdən gedir.

Turnir cədvəlindəki vəziyyətə nəzər salanda görürük ki, "zirzəmi”dəki yerləşmə xeyli sıxlaşıb. Bu tur "Karvan-Yevlax”ı məğlub edən "Kəpəz” mövsümdə ikinci qələbəsini qazanıb, xalını altıya çatdırdı. "Qəbələ”nin də "Zirə”yə məğlub olması gəncəlilərin lap işinə yaradı. Azər Bağırovun çalışdırdığı komanda birdən-birə iki pillə irəliləməyi, 10-cu sıraya yüksəlməyi bacardı. Bundan sonra orda möhkəmlənmək, "Qəbələ” ilə "Karvan-Yevlax”a yuxarıdan aşağı baxmaq heç də müşkül görünmür.

 "Qəbələ”nin durumu xüsusiylə düşündürücüdür. Kaxaber Tsxadadze "qırmızı-qaralar”ı böhrandan heç cür xilas edə bilmir. Hər dəfəsində heyətdən şikayətlənən gürcü mütəxəssis ümidlə qış fasiləsini gözləyir ki, komandasının gücünə güc qatsın, xallar qazanıb üst pillələrə irəliləsin. Qışda bunu necə bacaracaqlarını azarkeşlər də maraqla gözləyir. Heç kim Azərbaycanın ən yaxşı infrastrukturuna, akademiyasına sahib olan "Qəbələ”nin yenidən elitanı tərk etməsini arzulamır. Bu dəfə əyilən qaməti dirçəltmək, cəmi bir mövsüm sonra elitaya qayıtmaq heç də asan olmaya bilər. Odur ki, "Qəbələ” rəhbərliyi də, Tsxadadzenin özü də işə ciddi yanaşmalıdı. "Karvan-Yevlax”ın sonuncu pilləni birdəfəlik "özəlləşdirəcəyinə” çox da ümid bağlamaq olmaz.

Amal Abuşov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Noyabr 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri