Icma.az
close
up
RU
Zirzəmidə yuva salmış “cin” şüşədən necə çıxıb?

Zirzəmidə yuva salmış “cin” şüşədən necə çıxıb?

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yasamal rayonunun Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında noyabrın 21-də baş verən yanğın təkcə bir ailənin deyil, bütöv bir cəmiyyətin faciəsinə çevrildi. 3 nəfərin həyatını itirməsi, 27 nəfərin tüstüdən zəhərlənməsi kimi dəhşətli hadisədən sonra yanğının başvermə səbəbi ilə bağlı müəyyən mülahizələr bildirildi.

Sakinlər hadisəni binanın zirzəmisində uzun müddət təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması ilə əlaqələndirdilər, bu məsələdə restoran və klinika rəhbərliyinə xeyli əvvəl həmin müəssisələrin yerləşdiyi ərazidən yanğın qoxusunun hiss edilməsi ilə bağlı şikayətlərinə məhəl qoyulmadığını diqqətə çatdırdılar.

Sözügedən restoranın yerləşdiyi obyektin sahibi Vüqar Abbasov isə jurnalistlərə açıqlamasında sakinlərin iddialarının əsassız olduğunu dedi: “3 nəfərin ölümü, xeyli insanın tüstüdən zəhərlənməsi ilə bağlı, ümumilikdə, binada baş verən hadisə üzrə vətəndaşların bizi günahlandırması doğru deyil. Yanğına səbəb “Loft” restoranı olmayıb”.

Baş Prokurorluğun Mətbuat xidməti isə çoxmərtəbəli binada 3 nəfərin ölümü ilə nəticələnmiş həmin yanğın faktı ilə əlaqədar başlanmış cinayət işi üzrə 1 nəfərin şübhəli şəxs qismində tutulmasına dair mediada yayılan məlumatları təsdiqlədi. Eyni zamanda, media nümayəndələrinə və ictimaiyyətə müraciət edərək bildirdi ki, zərərçəkmiş şəxslərin hüquqları nəzərə alınmaqla, ibtidai istintaqın gedişinə dair qeyri-rəsmi mənbələrdən əldə olunan və dəqiqləşdirilməmiş həssas informasiyaların paylaşılması cəmiyyət arasında çaşqınlıq yaradır, eləcə də istintaqın obyektivliyinə zərər vurur. Bütün rəsmi və təsdiqlənmiş məlumatlar qısa zamanda yalnız Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təqdim olunacaq.

Bu informasiyadan az sonra mediada Baş Prokurorluğun ikinci bir məlumatı yayıldı: “Binanın zirzəmi qatında və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini müqavilə əsasında icarəyə götürmüş “Loft Dent” klinikasının direktoru Bəhruz Sahib oğlu Paşayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində istintaqı aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutulub”.

Buradan görünür ki, çox güman ki, yanğın binanın zirzəmisində və birinci mərtəbəsində “Loft Dent” klinikasının yerləşdiyi qeyri-yaşayış sahəsindən başlayıb. Klinikaların bir hissəsinin yaşayış binalasının zirzəmisində, digər hissəsinin isə birinci mərtəbəsində yerləşdirilməsi qeyri-qanunu olub. Ekspertlər bildirirlər ki, bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda öz əksini tapıb.

Lakin buna baxmayaraq, hazırda paytaxtda bir çox binanın altında belə obyektlər fəaliyyət göstərir. Əgər bina layihələndirilərkən sözügedən obyektlər nəzərdə tutulmayıbsa, qanuni hesab edilmir. Kafe, restoran və ya hər hansı obyekt fəaliyyətə başlamazdan əvvəl bütün yanğın təhlükəsizliyi qaydaları nəzərə alınmalıdır. “Yaşayış binaları. Layihələndirmə normaları”na əsasən, binaların zirzəmisində və ya birinci mərtəbəsində sahəsi 250 kvadratmetrdən artıq, oturacaq yerlərinin sayı 50-dən çox olan yeməkxana və istirahət müəssisələri, partlayış və yanğın təhlükəli maddə və materiallar satılan mağazalar, tezalışan maddələrlə işləyən məişət xidməti müəssisələri, hamamlar və saunaların fəaliyyəti qadağan edilir.

Ekspertlərin fikrincə, zirzəmilər yaşayış binalarında qaz, su, elektrik, kanalizasiya xətlərinin yerləşdiyi, təhlükəsizlik baxımından xüsusi tələblərə tabe olan sahələrdir. Bu məkanlarda restoran fəaliyyəti, xüsusilə açıq alovla işləyən ocaq istifadəsi qəti qadağadır. Bununla belə, paytaxtda və bir çox regionlarda zirzəmilərin kommersiya obyektinə çevrilməsi geniş yayılan faktdır. Bütün bunlarla bərabər, binalarda elektrik xəttinin normadan artıq yüklənməsi, naqillərin dəyişdirilməsi, qeyri-peşəkar quraşdırmalar yanğının əsas səbəblərindəndir. Bu cür müdaxilələrə görə, Avropa ölkələrində dərhal cinayət işi açılır.

Ümumiyyətlə, zirzəmilərin həm tikinti, həm də yanğın təhlükəsizliyi üzrə ciddi standartları var. Belə ki, sığorta şirkətləri təhlükəsizliyi daim yoxlamalı, qayda pozulan kimi sığorta qüvvədən düşmüş hesab edilməli və obyektin fəaliyyəti məhdudlaşdırılmalıdır.

Bu faciə bir daha göstərir ki, təhlükəsizlik tələblərinin pozulması təkcə inzibati xəta deyil, eyni zamanda, gec-tez həyatlar bahasına ödənilən riskdir. Buna görə də zirzəmi və qarajlardan istifadə qaydaları sərtləşdirilməli, hündürmərtəbəli binaların zirzəmilərində kommersiya fəaliyyəti qəti şəkildə yasaqlanmalıdır.

Bu cür hadisələrin təkrarlanmaması üçün beynəlxalq standartlara uyğun ciddi audit mexanizmi yaradılmalı, eyni zamanda, sakinlərin şikayətlərinin elektron nəzarət platforması qurulmalı, hər şikayətin araşdırılması və nəticəsinin şəffaf şəkildə izlənilməsi gerçəkləşdirilməlidir.

Yasamalda binadakı faciə bir daha sübut etdi ki, təhlükəsizlik qaydalarının pozulması yalnız texniki məsələ deyil, bu, birbaşa insan həyatına təhdiddir. Sakinlərin haqlı narahatlıqlarına məhəl qoyulmaması, qanunsuzluqların illərlə davam etməsi və nəzarət mexanizmlərinin kağız üzərində qalması fəlakəti qaçılmaz edir. Amma bu hadisə həm də xəbərdarlıqdır: əgər dərhal önləyici tədbirlər görülməsə, oxşar faciələr təkrar yaşana bilər.

XQ-nin analitik qrupu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Noyabr 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see331

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see323

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see312

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see299

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see296

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see265

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see254

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see252

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see234

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see233

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see232

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see227

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see216

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see214

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see197

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see186

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see170

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see165

Rəşad Mahmudov: Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır

19 Oktyabr 2026 20:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri