Icma.az
close
up
RU
Ziya Məmmədovun Qaralovla şok planı: Bakıda milyonlar belə silinibmiş Araşdırma başlayır?

Ziya Məmmədovun Qaralovla şok planı: Bakıda milyonlar belə silinibmiş Araşdırma başlayır?

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Son günlər “Koroğlu” körpüsündə çatların əmələ gəlməsi ilə bağlı yayılan məlumatlar ictimaiyyətdə ciddi narahatlığa səbəb olub. Bu fonda Bakı şəhərində mövcud nəqliyyat tikililərinin təhlükəsizlik məsələləri gündəmə gəlib. Belə ki, paytaxtda 2006-cı ildən başlayaraq körpülər, tunellər, digər yolötrücüləri inşad edilib. Maraqlısı odur ki, bu layihələrin böyük bir hissəsi Ziya Məmmədovun nəqliyyat naziri olduğu dövrə təsadüf edir. “Akkord” şirkətinin də həmin layihələrdən bir neçəsini reallaşdırdığı məlumdur. Sabiq nazirin dövründə çəkilən Bakı-Quba yoluna 30 il istimar müddəti qoyulsa da, 1 il sonra dağıntılar başladı. Oxşar hadisə zamanla Zığ-Aeroport yolunda da yaşandı və bu da sözügedən şirkətin “əsəri” idi.

Ziya Məmmədovun və “Akkord”  şirkətinin zamanındakı bu cür layihələr yenidən araşdırıla bilərmi?

Avtosfer.az-ın məlumatına görə, "Globalinfo"ya danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, həmin dövrdə inşa olunan körpülərin əksəriyyətinin vəziyyəti ürəkaçan deyil:

“Hətta uçmağa, dağılmağa başlayıb. Məsələn, “20 Yanvar” körpüsü, Qələbə dairəsindən gedən körpü bu gün çox təhlükəli vəziyyətdədir. Bir çoxunda çatlar əmələ gəlib, müəyyən struktural problemlər ortaya çıxıb. Ziya Məmmədov və onun komandası bu məsələlərə görə cavabdehlik daşımalıdır. Onlar həmin layihələri necə qəbul ediblər, haradan gətiriblər və nə səbəbdən belə səhvlərə yol veriblər, bu sualların cavabları aydınlaşdırılmalıdır. Sabiq nazirin həm sovet dövründə, həm də müstəqil Azərbaycan tarixində müxtəlif vəzifələrdə işləyərkən korrupsiya və rüşvət alması istiqamətində araşdırmalar aparmaq mümkündür. Ziya Məmmədov dəmir yolunda rəhbər vəzifədə olduğu zaman da işlək vəziyyətdə olan relsləri və qatarın bəzi hissələrini metalloma satırdı. Bu fakt video materialla sübut edilib və sosial şəbəkələrdə geniş yayılıb. Onun dövründə çəkilən yollarla bağlı ciddi problemlər mövcuddur. Məsələn, Bakı-Quba yolu tez bir zamanda dağılmağa başladı və problemlər yarandı. Bu, hər kəsin diqqətini çəkdi. Yadımdadır ki, bir körpü layihəsi üçün 1,5 milyon manat ayrılmışdı, amma sonra həmin məbləğdən 3 dəfə artıq əlavə xərc çıxdı. Yəni, başlanğıcda ayrılan pulun üç qatını əlavə olaraq dövlətdən aldılar. Qələbə dairəsindən çəkilən körpü layihəsi də müzakirələrə səbəb oldu və yenə də dövlətdən əlavə maliyyə tələb edildi. Bu, o dövrdəki işlərin necə aparıldığını göstərir”.

Elməddin Muradlı

Ekspert bu yaxınlarda Prezident İlham Əliyevin yollarla bağlı məsələyə toxunduğunu xatırladıb:

“Ölkə başçısı bildirib ki, bəzi yollar və yol ötürücüləri tıxacın qarşısını almaq məqsədilə layihələndirilsə də, sonradan bunların heç bir fayda vermədiyi, əksinə, daha da tıxac yaratdığı ortaya çıxıb. Bu, çox vacib bir məsələdir, çünki bu cür səhvlər və yanlış layihələndirmələr nəticəsində əhalinin gündəlik həyatı çətinləşir.  “Akkord” şirkətinin fəaliyyəti də buna bənzərdir. Şirkət o dövrdə sabiq baş prokuror Zakir Qaralovun adı ilə əlaqələndirilirdi və bir çox tenderlərdə qalib gəlirdi. Həmin dövrdə bu şirkətin işlərinin keyfiyyəti çox müzakirə olunurdu. Onlar bir sıra layihələrdə ciddi qayda pozuntuları və keyfiyyətsiz işlər ortaya qoyurdular. Məsələn, asfaltın qalınlığının düzgün vurulmaması, layihə tələblərinə uyğun olmayan işlərin görülməsi və sair kimi problemlər tez-tez gündəmə gəlirdi. Bu cür halların təkrarlanmaması üçün həmin şəxslərin və şirkətlərin qanun qarşısında cavab verməsi vacibdir. Bu adamlar həbs edilməlidir”.

E.Məmmədli deyib ki, qeyd edilən dövrdə yol təsərrüfatına ciddi ziyan vurulması nəticəsində əhalidə böyük inamsızlıq yaranıb:

“Düzdür, müəyyən layihələrin təməli qoyulub və bir sıra işlər görülüb, amma çoxu yarımçıq qalıb, bəziləri isə böyük yeyintilərlə müşahidə olunub. Bu cür layihələrdə ayrılan vəsaitlər düzgün istifadə edilmədi, nəticədə həm işlərin keyfiyyəti aşağı düşdü, həm də dövlətin maliyyəsi mənimsənildi. Avropada həmin vəsait hesabına musiqili və sensorlu yollar, su saxlamayan asfalt səthi yaradılır. Ölkəmizdə isə həmin pullarla həm keyfiyyətsiz, həm də yarımçıq layihələr həyata keçirilib. Bütün bunların fonunda Ziya Məmmədovun hələ də rahat şəkildə gəzib-dolaşması və özünü haqlı çıxarmağa çalışması çox qəribədir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 09 İyul 2025 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri