Icma.az
close
up
RU
Ziya Öztürkler: Bizə ən böyük dəstəyi Türkiyə və Azərbaycan göstərir

Ziya Öztürkler: Bizə ən böyük dəstəyi Türkiyə və Azərbaycan göstərir

Icma.az bildirir, Azertag portalına istinadən.

Astana, 12 iyun, AZƏRTAC

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) və bütün Türk dünyası bölünməz birliyin ayrılmaz hissələridir. Bu baxımdan bizə ən böyük dəstəyi Türkiyə və Azərbaycan göstərir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürkler bildirib.

Onun sözlərinə görə, Azərbaycanın TÜRKPA-ya sədrliyi dövründə ölkə yüksək fəallıq nümayiş etdirib, Şimali Kipr türklərinə dəstək olub.

“Bu birlik, bu qardaşlıq davam edir və daha da möhkəmlənir. Əlaqələrimizin gücləndirilməsi olduqca vacibdir. Çünki biz ortaq tarixə, dinə və mənəvi dəyərlərə sahib, Orta Asiyadan Avropayadək uzanan bir coğrafiyada yaşayan, eyni əcdadın nəvələriyik,” – deyə o vurğulayıb.

Ziya Öztürkler Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Milli Məclisin sədri Sahibə Qafarovaya bütün beynəlxalq platformalarda göstərdikləri davamlı dəstəyə görə xüsusi təşəkkürünü ifadə edib.

“Çünki bütün səviyyələrdə Şimali Kipr türklərinə daim zəruri dəstək göstərilir. Siz bizim qardaşımızsınız və bunu xüsusilə vurğulamaq istəyirəm. Sizinlə burada bir yerdə olmaqdan böyük məmnunluq duyuruq”, – deyə o əlavə edib.

Parlament sədri onu da qeyd edib ki, nə Azərbaycanda, nə də Şimali Kipr Türk Cümhuriyyətində yaşayan və təhsil alan çoxsaylı azərbaycanlılar özlərini yad hesab etmirlər. Eyni sözləri Azərbaycanda yaşayan Şimali Kipr türkləri barədə də demək mümkündür.

“İstər Şimali Kipr türkləri ilə, istərsə də ölkəmizdə yaşayan və ya təhsil alan azərbaycanlı qardaşlarımızla apardığım söhbətlərdə hər kəsin özünü evində kimi hiss etdiyini görürəm”, – deyə Ziya Öztürklər sözlərini tamamlayıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2025 21:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see661

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see282

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see260

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see247

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see223

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see218

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see204

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see189

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see168

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see155

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see147

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see144

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri