Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir”
Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.
“Turаn”ın baş məşqçisi Ziya Rəcəbov komandanın Çempionlar Liqasına hazırlığı barədə danışıb.
Apasport.az xəbər verir ki, o, Avropadakı təlim-məşq toplanışının qənaətbəxş keçdiyini bildirib:
“Avropada təlim-məşq toplanışımız qənaətbəxş oldu. İtaliya və Yunanıstan klubları ilə, sonda isə “Fənərbaxça” ilə yoldaşlıq görüşləri keçirdik. Hazırlıq çərçivəsində həm Bakıda, həm də Tovuzda yoxlama oyunları keçirməyimiz nəzərdə tutulub.
Təcrübəli voleybolçulardan ibarət heyətin toplanması mənim seçimim idi. Çempionlar Liqasında təcrübəli oyunçularla çıxış etməyin daha doğru olduğunu düşünürəm. Hər zaman təcrübə öz sözünü deyir.
Bizi gərgin oyun gözləyir. Rəqib çox təcrübəlidir və uzun illərdir fəaliyyət göstərir. Çətin qarşılaşma olacaq. Hədəfimiz mərhələni keçmək və eyni zamanda qrupa düşməkdir”.
“Milli Aviasiya Akademiyası”ndan növbəti transfer Asiyat Abuyeva "Murov Az Terminal"da Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq "Murov Az Terminal"dan yeni transfer “Murov Az Terminal”dan yeni transfer
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 06 Oktyabr 2026 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















