Ziyafət Əsgərov: Bu dövlətin qədrini bilin
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Təxminən 25 il ərzində xarici ölkələrdə oturanda bizə nələr deyirdilər və biz nələri udurduq”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsi tərəfindən keçirilən “Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi” forumunda Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Ziyafət Əsgərov deyib.
Onun sözlərinə görə, həmin dövr problemlər çox idi və Konstitusiyanın qəbul edilməsi yurisdik cəhətdən ona imkan yaratdı ki, Prezident ölkənin iqtisadiyyatı, hərbi gücü, xalq-iqtidar birliyini bir yerə topladı və dəmir yumruq ilə suverenliyimizi bütün Azərbaycanın ərazisində təsbit etdi:
“Konstitusiyanın 11-ci maddəsi göstərir ki, Azərbaycan ərazisi vahiddir, toxunulmazdır, bölünməzdir. Amma təəssüf ki, müəyyən müddət ərazində qanunlarımız işğal olunan ərazilərdə işləmədi. Biz artıq buna nail olduq. Keçən il azad edilmiş ərazilərdə həm prezident, həm də parlament seçkiləri keçirdik. Biz qalib ölkənin vətəndaşlarıyıq. Bu dövlətin qədrini bilin”.
Mina Mikayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 21 Fevral 2025 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















