Icma.az
close
up
RU
Ziyafət Əsgərovdan Fazil Mustafaya CAVAB “Bu sözləri deyəndə ehtiyatlı olaq”

Ziyafət Əsgərovdan Fazil Mustafaya CAVAB “Bu sözləri deyəndə ehtiyatlı olaq”

Icma.az, Bizim media saytına istinadən bildirir.

“Əslində, hüquqşünaslara aydındır ki, xalq suverenliyi və dövlət suverenliyi fərqli terminlərdir. Yəni xalq suverenliyi fransız inqilabının məhsuludur və xalq suverenliyinin nəticəsi də həmin cəmiyyətlərin faciəsi ilə nəticələndiyinə görə, sonrakı dövrdə hüquqi sferada bundan daha çox imtina olunmağa başlanıldı. Milli və ya dövlət suverenliyi termini gündəmə gəldi. Maraqlıdır ki, Azərbaycan Konstitusiyasının ikinci maddəsində xalqın suverenliyi anlayışı yer alıb. Səbəbi bu idi: Azərbaycan Dövlət Suverenliyi tam bərpa olunmamışdı”.
Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentdə Dövlət Suverenliyi Gününə həsr olunmuş konfransda çıxışı zamanı deyib.
Deputat xalq suverenliyi terminin dövlət suverenliyi termini ilə dəyişdirilməsini təklif edib:
“Biz dövlət suverenliyini bərpa edəndən sonra məhz prezidentin də bu termini seçməsi səbəbsiz deyil. Dövlət Suverenliyi Günü adının hallandırılması o deməkdir ki, gələcəkdə Konstitusiyada da xalq suverenliyi dövlət suverenliyi termini ilə əvəz olunmasına zərurət yaranacaq. Xalq suverenliyi siyasi terminologiyadır, bir az da  demoqoji mahiyyət daşıyır. Amma dövlət suverenliyi hüquqi termindir”.
O, həmçinin, Naxçıvanla quru sərhədlərin açıldığı günün Bütöv Azərbaycan terminin də canlanacağı gün olacağını vurğulayıb:
“Çünki Naxçıvan bir ada olsaydı, su ilə əlaqə olsaydı, ayrılmaz hissə kimi qalardı. Amma bu gün quruda yerləşən quru əlaqənin olmaması dövlət suverenliyini bərpa etsək də, Azərbaycanın real məzmunda birləşdirmək prosesini yekunlaşdırmamışdır. Biz bundan sonra siyasi terminologiyadan hüquqi terminologiyaya adlamağa cəhd edək”
Fazil Mustafanın bu fikirləri ilə razılaşmayan Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov bildirib ki, hakimiyyətin mənbəyi xalqdır.
“Konkret olaraq hakimiyyəti xalq formalaşdırdığına görə, xalq suverenliyi də qeyd olunub. Hakimiyyətin mənbəyi xalqdırsa, suverenliyin daşıyıcısı da xalqdır. Naxçıvanla bağlı məsələyə gəldikdə isə Azərbaycan ərazisi bölünməzdir, bütövdür. Biz bunu əgər quru yolla əlaqələndiririksə, başqaları da deyər ki, “Azərbaycanda quru yol yoxdursa, onda Naxçıvan heç Azərbaycanın ərazisi deyil”. Bu sözləri deyəndə xahiş edirəm ki, ehtiyatlı olaq. Bizim ərazimiz bütövdür, vahiddir. Zəngəzur yolu da, avtomobil, dəmir yolu da açılacaq”.
Günay Şahmar, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Sentyabr 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see284

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see231

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see222

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see197

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see189

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see177

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see176

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see174

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see170

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see164

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see162

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see160

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see160

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see156

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see144

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see138

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see138

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see134

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see133

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri