Icma.az
close
up
RU
Ziyafət Xasıyeva Təhsilin zərif işığı

Ziyafət Xasıyeva Təhsilin zərif işığı

Oxumeni.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ziyafət Xasıyeva — Təhsilin zərif işığı

Hər bir elin-obanın tarixində adları zamanın yaddaşına həkk olunan insanlar var. Onlar doğulub boya-başa çatdıqları torpağın ruhunu uzaqlara daşıyar, öz əməyilə həmin torpağın dəyərini artırar, iz buraxar, nümunə olar. Belə simalardan biri də sözün əsl mənasında fəxrimiz olan Ziyafət Xasıyevadır — pedaqogikaya sədaqəti, idarəçilik bacarığı və ictimai fəaliyyətilə həm yaşadığı bölgənin, həm də Azərbaycan təhsilinin seçilən simalarından biri...

Tanınmış pedaqoq, təhsil sahəsində seçilən rəhbər və həmkarlar təşkilatı işçisi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin sədri Ziyafət Xasıyevanın 28 noyabr 1964-cü ildə Şəki rayonunun qədim və saf nəfəsli Baş Göynük kəndində dünyaya gəlib. Uşaqlıq illərindən kitabın işığına bələnən, təhsilə könül verən Ziyafət müəllimə 1972–1982-ci illərdə doğma kənd məktəbində oxuyub, bu məktəbin siniflərindən keçib, bu kəndin müəllimlərindən həyatın ilk tərbiyəsini alıb. 1982–1987-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alaraq elmə və sözə sadiq yolun başlanğıcını qoyub.

Onunla məktəb illərimizi bir addımlayıb keçdiyimiz günlər bu gün daha aydın görünür: səliqəsi, təmkinli davranışı, ciddiyyəti və daxili intizamı o vaxt da onun gələcək taleyinin hansı zirvələrə yüksələcəyindən xəbər verirdi. Ziyafət müəllimə tədricən müəllimlikdən başlayaraq ölkə səviyyəsində təhsil prosesinə təsir edə bilən rəhbər şəxsiyyətə qədər yüksəldi. 1987–1992-ci illərdə Qax rayonunun Turaclı kənd məktəbində, 1992–1996-cı illərdə Qax şəhər 5 nömrəli məktəbdə müəllim kimi çalışdı. 1996-cı ildən etibarən Qax rayon Təhsil Şöbəsində metodist kimi fəaliyyəti artıq onun idarəçilik bacarığını nümayiş etdirirdi. 2004–2011-ci illərdə Qax rayon İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini vəzifəsində böyük məsuliyyət daşıdı və bu dönəm onun ən məhsuldar mərhələlərindən biri oldu. Daha sonra – 2011-ci ilin dekabrından Çeşməli kənd tam orta məktəbinin direktoru, 2016-cı ildən isə ATİAHİ Şəki Rayon Komitəsinin sədri olaraq minlərlə müəllimin, təhsil işçisinin sosial dayağına, haqlarının qoruyucusuna çevrildi.

Onun ictimai fəaliyyəti ölkə miqyasında tanınır: Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının məclis üzvü, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin heyət üzvü, eləcə də Şəkidə əhalinin məşğulluğuna kömək göstərən komissiyanın fəal üzvüdür. Bütün bu işlərin fonunda Ziyafət müəllimə bağladığı ailənin də dəyərini uca tutub, iki övlad anası kimi həm iş həyatında, həm də evində sabitlik, nizam və ləyaqət nümayiş etdirib.

Onu tanıyan hər kəs bilir ki, Ziyafət Xasıyeva səs-küyə qaçmayan, amma gördüyü işin səssizliyinə böyük izlər sığdıran bir insandır. Sözünün çəkisi, davranışının təmkinli ahəngi, qərarlarının arxasındakı ədalət hissi onu həm Şəki təhsilinin, həm də ümumən bölgənin nüfuzlu simasına çevirib. Dürüstlüyü, prinsipiallığı, insanlara qarşı məsuliyyətli yanaşması onun həyat amalının ayrılmaz hissəsidir.

Baş Göynük kəndi elə bir yerdir ki, içində böyüdüyün torpaq insana ya möhkəmlik, ya da yüngüllük verir. Amma bu kənddən çıxanların çoxu kimi, Ziyafət müəllimə də dağların möhkəmliyini, bulaqların saflığını, insanlarının təmizliyini öz ömrünə hopdurub.

Zaman dəyişir, nəsillər dəyişir, amma bir həqiqət dəyişmir: kəndin adını yaşadanlar – kəndin düz adamlarıdır. Ziyafət Xasıyeva o düz adamların ən işıqlı, ən etibarlı, ən nüfuzlu simalarından biridir.

Süleymanova Ümmü İsmayıl qızı, Şəki şəhəri 14 nömrəli məktəbin riyaziyyat müəllimi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 30 Noyabr 2025 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri