Zlatan İbrahimoviç karyerası boyunca qazandığı bütün kubokları nümayiş etdirib
Icma.az, Idman.biz saytına istinadən bildirir.
İsveç milli komandasının, "Milan", PSJ və digər koandaların hücumçusu Zlatan İbrahimoviç sosial mediada karyerası əzində qazandığı kubokları nümayiş etdirən video yayımlayıb.
İdman.biz bildirir ki, İbrahimoviç “Ayaks”la karyerası ərzində iki dəfə Niderland çempionu, bir dəfə Niderland kubokunun və 1 dəfə də Niderland superkubokunun qalibi olub.
“İnter”lə isveçli 3 dəfə İtaliya çempionluğu və 2 dəfə ölkə superkubokunu qazanıb. "Barselona" ilə Zlatan İspaniya liqasını, iki ölkə superkubokunu, UEFA Superkubokunu və FIFA Klublararası Dünya Çempionatını qazanıb. "Milan"la isveçli iki İtaliya çempionluğu və ölkə superkubokunu qazanıb. PSJ ilə İbrahimoviç dörd çempionluq, iki Fransa kuboku, üç Liqa kuboku və üç ölkə Superkuboku sevinci yaşayıb. "Mançester Yunayted" ilə isveçli kubok kolleksiyasına Liqa kuboku, İngiltərə superkubokunu və Avropa Liqası qalibi titulunu əlavə edib.
Bundan əlavə, isveçli daha əvvəl görkəmli karyerasına görə UEFA-dan xüsusi mükafat alıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 22 Sentyabr 2025 23:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















