Icma.az
close
up
RU
Zohran Mamdani: “Nyu York satılıq deyil”

Zohran Mamdani: “Nyu York satılıq deyil”

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Nyu-York meri vəzifəsinə Demokrat Partiyasından namizəd olan Zohran Mamdani ABŞ Prezidenti Trampa sərt şəkildə reaksiya verib.

"Cebheinfo.az" xəbər verir ki, Mamdani Manhattan bölgəsindəki United Palace Teatrında keçirilən kampaniya mitinqində çıxış edərək seçki kampaniyasını milyarderlərin təsirinə və Nyu-York siyasətində kök salmış status-kvoya qarşı bir meydan oxuma kimi xarakterizə edib.

Ən yaxın rəqibi olan keçmiş Nyu-York qubernatoru Endryu Kuomonu sərt ifadələrlə tənqid edən Mamdani, onu ictimai etimadı sarsıtmaqda, qadınlara qarşı təcavüzdə və Trampın donorları ilə əməkdaşlıqda ittiham edib.

Mamdani Kuomo haqqında “Nyu-York satılıq deyil” ifadəsini işlədib.

Geniş seçici kütləsinə müraciət edən Mamdani, Bill Ekman və Ronald Lauder kimi milyarderlərin onu “mövcud bir təhdid” kimi gördüyünü xatırladaraq deyib:

“Etiraf etməliyəm ki, haqlıdırlar. Biz pulları ilə demokratiyamızı satın alacaqlarını düşünən milyarderlərə qarşı mövcud bir təhdidik. Biz, işləyən insanların səsini korporasiyaların altında əzən pozulmuş sistemə qarşı bir təhdidik”.

Müsəlman əsilli ailədən olan 33 yaşlı gənc Demokrat siyasətçi Nyu-York meri seçkilərini “əxlaqi və nəsillərarası dönüş nöqtəsi” kimi xarakterizə edib və “Çox uzun müddət uduzmamağa çalışdıq, artıq qalib gəlmək vaxtıdır” deyib.

Mamdani ABŞ tarixinin ən yaxşı merlərindən biri sayılan Fiorello LaGuardia və sui-qəsd nəticəsində həyatını itirən əfsanəvi afroamerikalı hüquq müdafiəçisi Dr. Martin Lüter Kinqə istinad edərək deyib:

“Hər böyük qələbə qazanılmalıdır, çünki heç vaxt hədiyyə edilmir”.

Mitinq 4 noyabr seçkilərinə 3 həftə qalmış və uzaqdan səsvermə prosesinin başlamasına 12 gün qalmış keçirilib. İctimai rəy sorğuları Mamdaninin seçkidə üstünlük qazandığını göstərir.

Mamdaninin 4 noyabrda baş tutacaq Nyu-York meri seçkilərindəki əsas rəqibi keçmiş qubernator Endryu Kuomodur.
Qeyd edək ki, Demokrat Partiyasından iki dəfə ardıcıl seçilən Kuomo, ona qarşı irəli sürülən təcavüz və korrupsiya ittihamları səbəbilə 2011-ci ildə başladığı qubernatorluq vəzifəsindən 2021-ci ildə istefa verməyə məcbur olmuşdu.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:286
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Oktyabr 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see667

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see329

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see318

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see310

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see307

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see305

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see288

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see278

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see273

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see264

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see253

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see240

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see239

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see239

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see236

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see235

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see231

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see221

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see208

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri