Zolağı düz seçməyən sürücü son anda manevr edib qəza təhlükəsi yaratdı VİDEO
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxtın Yasamal rayonu Əsəd Əhmədov küçəsində manevr qaydasını pozan sürücü nün görüntüsü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 24-də saat 12:57 radələrində qeydə alınıb. Belə ki, 77-BH-029 dövlət nömrə nişanlı “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü yol nişanlanma xəttinin tələbini pozub. Belə ki, yolayrıcına daxil olan sürücü düzünə hərəkət təşkil edilmiş zolaqdan anidən sola yerdəyişmə edib və bu zaman görüntünü qeydə alan avtomobilə təhlükə yaradıb. Sürücü siqnal versə də qayda pozan şəxs ona məhəl qoymadan hərəkətinə davam edib.
Təəssüf ki, bəzi sürücülər düzgün zolağı seçmirlər və son anda manevr edərək digər nəqliyyat vasitələrinə qəza şəraiti yaradırlar.
Xatırladaq ki, sürücünün törətdiyi qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tənzimlənir.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 26 Dekabr 2024 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















