Zolaqla hərəkət edə bilməyən sürücülər qəza şəraiti yaratdı VİDEO
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sürücülərin ən çox yol verdiyi səhvlərdən biri də sərt döngələrdə zolaqla hərəkət edə bilməmələridir. Avtosfer.az xəbər verir ki, sürücülərin əksəriyyəti döngəyə daxil olarkən zolaqdan kənara çıxırlar. Yol sağa əyildikdə sağa, sola əyildikdə isə sola doğru zolaqları kəsərək hərəkət edirlər ki, bu da təhlükəli vəziyyətlərə səbəb olur.
Bu cür qayda pozuntusuna yol verən üç sürücünün görüntüsü avtomobildəki kameraya qeyd olunub. Belə ki, 77-NS-621 dövlət nömrə nişanlı "Toyota", 90-AZ-057 nömrəli "Hyundai" və 77-YV-407 nömrəli "Changan" markalı avtomobillərin sürücüləri döngədə zolaqdan çıxaraq, görüntünü qeydə alan nəqliyyat vasitəsinin sürücüsünə qəza riski yaradıblar.
Sərt döngələrdə bu qaydanın pozulması həm sürücülər, həm də digər yol iştirakçıları üçün ciddi təhlükə mənbəyidir. Bu səbəbdən sürücülərdən yol nişanlanma xəttlərinə diqqət yetirmələri xahiş olunur.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 20 İyun 2025 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















