Zooparkdan qaçan meymunlar şəhəri bir birinə qatdı Fotolar
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Taylandın Lopburi şəhərində yüzdən çox meymun zooparkdan qaçıb.
“Qafqazinfo” xəbər verir ki, canlıların yaşayış məntəqələrini basmağı aidiyyəti orqanları hərəkətə keçirib.
Məlumatına görə, meymunlar şəhərin küçələrində, bazar ərazilərində və yaşayış məhəllələrində görünməyə başlayıb. Heyvanların bir hissəsi mağazalara daxil olub, digərləri isə avtomobillərin üzərinə çıxaraq nəqliyyatın hərəkətinə maneələr yaradıb.
Hadisədən sonra əraziyə xüsusi qruplar cəlb edilib. Səlahiyyətlilər meymunların tutulması və təhlükəsiz zonalara köçürülməsi istiqamətində əməliyyat həyata keçirirlər.
Sosial şəbəkələrdə yayılan görüntülərdə meymunların damların üzərində qaçdığı, elektrik dirəklərinə dırmaşdığı və insanların toplandığı yerlərdə qida axtardığı əks olunub. Kadrlar qısa müddətdə geniş yayılıb və milyonlarla baxış toplayıb.
Sosial şəbəkə istifadəçiləri hadisəni məşhur “Jumanji” filmi ilə müqayisə edib.
Qeyd edək ki, sözügedən filmdə də meymunlar şəhərə axışır və burada əhalini təşvişə salır.



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 05 İyul 2026 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















