Zorakılıq və güc tətbiqi paylaşımları: Türkiyədə 8 nəfər həbs edildi
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyənin Ankara Respublika Prokurorluğu terror təşkilatı PKK-ya qarşı aparılan istintaqda 8 şübhəli haqqında həbs qərarı çıxarıb.
Ölkə.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Aparılan istintaq zamanı müəyyən edilib ki, 8 nəfər terror təşkilatının göstərişlərinə uyğun olaraq Ankarada təşkil edilən tədbirlərə qatılıb. Həmçinin, onlar sosial media hesablarında həmin təşkilatın zorakılıq və güc tətbiq etməsini tərifləyən paylaşımlar ediblər. Buna görə də məhkəmə onların həbsdə saxlanmasına qərar verib.
Qeyd edək ki, PKK (Kürdüstan Fəhlə Partiyası) Türkiyədə terror təşkilatı kimi tanınır. Türkiyə hökuməti və təhlükəsizlik qüvvələri PKK-ya qarşı uzun illərdir mübarizə aparır.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 12 Fevral 2025 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















