Icma.az
close
up
RU
Zorla qız qaçıran gənc din pərdəsinə sığınır: Bu, qəbuledilməzdir

Zorla qız qaçıran gənc din pərdəsinə sığınır: Bu, qəbuledilməzdir

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

"Qız qaçırmaq nə dinimizdə, nə də qanunlarımızda qəbul edilən bir davranış deyil. Qurani-Kərimdə ailə yalnız sevgi, mərhəmət və qarşılıqlı razılıq üzərində qurulur. Allah-Taala buyurur: “Onlarla yaxşı dolanın” (Nisa, 19). Bu ayə qadının məcburiyyətə deyil, razılığa əsaslanan münasibətdə yer almasını tələb edir. Peyğəmbərimiz (s) də buyurmuşdur: “Bakirə qızın icazəsi olmadan, dul qadının isə açıq razılığı olmadan evləndirilə bilməz” (Buxari, Nikah, 42)".
Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib. 
O bildirib ki, İslam alimlərinin yekdil qənaəti budur ki, qadının razılığı olmadan qurulan nikah etibarsızdır:
"Hətta İmam Əbu Hənifə, İmam Malik və digər fiqh imamları bu məsələdə razılığın şərt olduğunu vurğulamış, məcbur evliliyi şəriət baxımından batil saymışlar.
İslamda ailə müqəddəsdir, onun əsası isə məhəbbət, hörmət və könüllü seçimdir. Məcbur edilən nikahda nə sevgi olar, nə də bərəkət. Qız qaçırmaq qadını mal kimi görmək, onun iradəsini tapdalamaq, şəxsiyyətinə hörmətsizlik etmək deməkdir. Bu isə həm şəriətə, həm də insan haqlarına ziddir. Peyğəmbərimiz (s) qadınların hüquqlarını qorumağı və onların razılığını əsas götürməyi əmr etmişdir.
Burada söhbət təkcə qadının özündən getmir, onun olduğu bölgə, onun yaşadığı dövlət, onun böyükləri, atası, anası, onlardan əvvəl onun həm atasının, həm anasının üzərində haqqı olan həmin qızın babalarının, nənənələrinin, həm ata tərəfdən olan, həm ana tərəfdən olan babalarının, nənələrinin razılığı qorunmalıdır. Böyüklərə hörmət göstərilməlidir. 
Məsələnin hüquqi tərəfi də açıqdır". 
İlahiyyatçı deyib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə qız qaçırmaq cinayətdir və bu əməl dövlət tərəfindən ağır şəkildə cəzalandırılır:
"Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən, insanı iradəsinə zidd olaraq azadlıqdan məhrum etmək, zorla evliliyə məcbur etmək, insan alverinə bənzər hərəkətlər kimi qiymətləndirilir və buna görə azadlıqdan məhrumetməyə qədər məsuliyyət daşıyır. Dövlət qanunu qadınların hüquqlarını qoruyur və bu məsələdə güzəşt yoxdur.Bəzən bölgələrdə bu əməl “adət-ənənə” adı ilə müdafiə edilməyə çalışılır, lakin İslam dini heç bir adət və ənənəni zorakılığa bəraət qazandırmaq üçün qəbul etmir. Əksinə, Qurani-Kərimdə buyurulur: “Heç kəsin günahını başqa birisi daşımaz” (Ənam, 164). Bu ayədən də görünür ki, hər kəs öz əməlinə görə məsuliyyət daşıyır və heç kim “adət” və ya “dini pərdə” arxasında bu günahı gizlədə bilməz.
Beləliklə, qız qaçırmaq həm günahdır, həm də cinayətdir. Bu yol nə dinimizin qəbul etdiyi yoldur, nə də dövlətimizin. Əgər bir gənc həqiqətən bir qızı sevirsə, doğru yol onun ailəsinə halal şəkildə elçi düşmək, həm qızın, həm də valideynlərin razılığını almaqdır. Yalnız bu halda nikah həm dini baxımdan etibarlı, həm də qanuni baxımdan doğru olar. İslamda zorakılıqla qurulan ailənin əsası möhkəm olmur, məcburiyyətlə bağlanan nikah isə nə dünyada səadət gətirir, nə də axirətdə savab. Doğru yol sevgi, razılıq və halal yoldur, zorla edilən hərəkət isə həm Allah yanında, həm də qanun qarşısında böyük günah və ağır cinayətdir".
Qeyd edək ki, Zərdabda 29 yaşlı oğlan 22 yaşlı qızı zorla qaçırıb. 
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Sentyabr 2025 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see318

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see217

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see198

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see175

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see166

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see161

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see144

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see136

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri