Icma.az
close
up
RU
Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu Kəlağayı

Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu Kəlağayı

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 15 oktyabr, AZƏRTAC

Xalqımızın milli kimliyini, incə zövqünü və qadın zərifliyini özündə yaşadan kəlağayı əsrlərdən bəri qorunub saxlanılan nadir sənət nümunələrindəndir. Basqal ustalarının zəhməti ilə ərsəyə gələn bu ipək baş örtüyü yalnız geyim elementi deyil, həm də Azərbaycanın zəngin tarixini və mədəni irsini əks etdirən dəyərli nümunədir. Kəlağayı sənətinin yaşadılması və gələcək nəsillərə ötürülməsi isə xüsusi diqqət və məsuliyyət tələb edir. Bu zərif ipək örtük 46 prosesdən keçdikdən sonra hazır olur. Hər mərhələdə dəqiqlik və incəlik mühüm rol oynayır. Əvvəlcə ipəkqurdu yetişdirilir, baramadan sap alınır, daha sonra parça toxunur. Növbəti mərhələlərə rəngləmə, yuyulma, qurulama daxildir. Bu proseslərin əksəriyyəti kişilər tərəfindən həyata keçirilir. Kəlağayının əsas istifadəçiləri isə qadınlardır. Hər rəng ayrıca işlənildiyindən eyni xüsusiyyətlərə malik iki kəlağayıya rast gəlmək mümkün deyil.

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin rəhbəri, “Kəlağayı ev-muzeyi”nin direktoru Güllü Eldar Tomarlı AZƏRTAC-a açıqlamasında bildirib ki, kəlağayının Azərbaycan qadınlarının geyim mədəniyyətində özünəməxsus yer tutması ölkəmizdə ipəkçiliyin inkişafı ilə bağlıdır. “Kəlağayıya bənzər baş örtüklərindən istifadə haqqında məlumatlara eramızdan əvvəl V–VI əsrlərə aid mənbələrdə rast gəlinir. XVIII əsrdən dünya bazarlarında xüsusi dəyər qazanan Basqal kəlağayıları haqqında Qafqaza səfər edən səyyahların əsərlərində də məlumatlar yer alıb.

Azərbaycan 1862-ci ildə ilk dəfə Londonda keçirilən ümumdünya sərgisində iştirak edib. Həmin sərgidə Basqal toxucusu Nəsir Abduləzizoğlunun nümayiş etdirdiyi nəfis kəlağayı və zərif qanovuz parça gümüş medal və xüsusi diplomla mükafatlandırılıb. Şəki və Basqal kəlağayılarında ənənəvi çeşnilər xüsusi yer tutur. Onların hazırlanmasında “Şah buta”, “Saya buta” və “Xırda buta” naxışlarından daha çox istifadə olunub”, - deyə o əlavə edib.

İsmayıllıda fəaliyyət göstərən kəlağayı ustası Hikmət Qəhrəmanov kəlağayı hazırlamağın xüsusi diqqət və səbir tələb etdiyini deyib: “Son illərdə kəlağayıya marağın gənclər arasında da artması bu sənətin müasir dövrdə yaşadılmasına töhfə verir. Gənclərin zövqünə uyğun olaraq müxtəlif rənglərdə və müasir çalarlarda kəlağayılar hazırlanır. Gənclər daha çox rəngarəngliyə və fərqliliyə üstünlük verdikləri halda, yaşlı nəsil ənənəvi “ağ zəminli” və “soğanı” kəlağayılara maraq göstərir”.

2014-cü il noyabrın 26-da Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan kəlağayısı UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına “Qadın ipək baş örtüyü kəlağayını ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası” adı ilə daxil edilib. Bu hadisədən sonra kəlağayıya maraq və diqqət daha da artıb. Noyabrın 26-sı ölkəmizdə Azərbaycan Kəlağayısı Günü kimi qeyd olunur. 2024-cü ildə isə Azərbaycanda ilk dəfə Kəlağayı Festivalı təşkil edilib.

Müxbir – Fidan Əlizadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Oktyabr 2026 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri