Icma.az
close
up
RU
Zubir 70 ə, Medina 100 ə çatdı 17 ilin antirekordu

Zubir 70 ə, Medina 100 ə çatdı 17 ilin antirekordu

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Abdullah Zubir "Qarabağ”ın heyətində 70-ci qolunu vurub. 

Qaynarinfo Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının VI turuna təsadüf edib.

O, "Qəbələ” ilə ev matçında (2:0) hesabı açıb. Zubir Ağdam klubundakı 70-ci qolunu 322-ci oyununda vurub. Premyer Liqada 49 dəfə fərqlənən fransalı avrokuboklarda 16, ölkə kubokunda 5 qola sevinib.

Zubir "Qarabağ”da ilk qolunu da "Qəbələ”yə vurub. O, 2018-ci il sentyabrın 23-də keçirilən çempionat matçında (4:1) fərqlənib.

Misli Premyer Liqasının VI turu "Qarabağ"ın digər futbolçusu Kevin Medina üçün də əlamətdar olub. Kolumbiyalı müdafiəçi Azərbaycan çempionatında 100-cü oyununu keçirib.

Onun yubileyi "Qəbələ” ilə ev matçına (2:0) təsadüf edib. Cənubi amerikalı start heyətində çıxdığı qarşılaşmada 90 dəqiqə meydanda olub. 32 yaşlı orta xətt oyunçusu Premyer Liqada yalnız "Qarabağ” formasını geyinib. O, 2020/21 mövsümündə debüt etdiyi çempionatda 2 qola imza atıb.

Medina Azərbaycan çempionatlarının yüksək dəstəsində 100 və daha çox oyun keçirən 443-cü futbolçudur. 

Misli Premyer Liqasının VI turu Prins Ovusunun erkən qırmızı vərəqəsi ilə əlamətdar olub. "Qəbələ”nin futbolçusu "Qarabağ”la səfər oyununun 1-ci dəqiqəsində komandasını azlıqda qoyub.

Bununla da Prins Premyer Liqanın PFL bayrağı altında keçirildiyi dövr üçün antirekorda imza atıb. 2008-ci ilin yayından indiyədək heç bir futbolçu belə erkən qırmızı vərəqə almamışdı.

Bunadək 17 ilin antirekordu Dedimar Fereyraya məxsus idi. "Kəpəz”in futbolçusu 2017/18 mövsümündə "fərqlənmişdi”. O, 2017-ci il noyabrın 18-də "Səbail”lə ev matçının (2:3) 5-ci dəqiqəsində komandasını azlıqda qoyub.

"Zirə”nin futbolçusu Milan Duriç 2017/18, "Turan Tovuz”un oyunçusu Faiq Hacıyev 2023/24 mövsümündə 9-cu dəqiqədə qırmızı vərəqə alıb. Hər iki oyunçu "Kəpəz”ə qarşı matçda cəzalanıb.

Misli Premyer Liqasının VI turu "Şamaxı” üçün də əlamətdar olub. "Araz-Naxçıvan”la görüş meydan sahibləri üçün ölkə çempionatının yüksək dəstəsində 350-ci ev matçı kimi tarixə düşüb.

Əvvəllər "Xəzər Universiteti”, "İnter” və "Keşlə” adlarını daşıyan "Şamaxı” öz meydanında 173 qələbə qazanıb, 88 dəfə məğlub olub. 1:1 hesablı bərabərlik 89-cu heç-heçə kimi yadda qalıb. Şamaxı təmsilçisi bu görüşlərdə 467 qol vurub, 280-ni buraxıb.

Qeyd edək ki, yalnız iki komanda – "Qarabağ”la "Neftçi” daha çox ev oyunu keçirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Sentyabr 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri