Zubir Fransa mətbuatına danışdı: Qarabağın müharibə səbəbindən Bakıya köçdüyünü bilirik
Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Qarabağ”ın cinah yarımmüdafiəçisi Abdullah Zubir Avropa Liqasının əsas mərhələsinin 5-ci turunda “Lion”a qarşı keçirəcəkləri oyun ərəfəsində Fransa mətbuatına danışıb.
Sportal.az xəbər verir ki, “L'Equipe” nəşrinə açıqlama verən təcrübəli futbolçu Ağdam klubundakı karyerasından və Azərbaycanla bağlı təəssüratlarını bölüşüb:
"Azərbaycanda insanlar futbolu sevirlər. Çoxları məni küçədə tanıyaraq saxlayır. Mən heç bir gərginlik hiss etmirəm, heç bir yersiz şərh eşitməmişəm. Mən sahildə yaşayıram, orada bütün restoranlar Fransadakı kimidir, həyat yaxşıdır. Burada həyat dincdir və təhlükəsizlik baxımından əladır. Əlavə ediləcək bir şey yoxdur. “Qarabağ”a gələndə xüsusi klubla müqavilə imzalayırsan. “Qarabağ”a gələndə məşqçi bizə bu komandanın tarixini izah edir. Müharibə səbəbindən klubun Bakıya köçdüyünü bilirik.
"Qarabağ" iddialı klubdur və ardıcıl 11-ci mövsümdür ki, avrokuboklarda oynayırlar. Bu, həyəcanvericidir. “Arsenal”, “Bayer”(Leverkuzen), “Tottenhem”, “Vilyarreal”a qarşı oynamışam. Amma heç vaxt Çempionlar Liqasında iştirak etməmişəm. İki dəfə pley-offda uduzaraq turnirdən uzaq qaldıq. Çempionlar Liqası hissini “Qarabağ”la da yaşamaq istərdim".
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 28 Noyabr 2024 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















