Zubir fransızlara Azərbaycandan danışdı: Dinclik və təhlükəsizlik baxımından...
Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Qarabağ”ın futbolçusu Abdullah Zubir ölkəsi Fransanın mətbuatına açıqlama verib.
Publika.az xəbər verir ki, Fransanın “Lequipe” nəşrinə danışan yarımmüdafiəçi Bakıdakı həyatından söz açıb:
“Azərbaycanda futbol sevilir. Bir çox insan məni küçədə görəndə saxlayır. Hansısa narahatlıq hiss etmirəm. Dəniz sahili ərazidə yaşayıram və burada çoxlu restoranlar var. Həyat Fransadakı kimi yaxşıdır. Dinclik və təhlükəsizlik baxımından əladır”.
Zubir “Qarabağ” klubu haqda bunları deyib:
“Bura gələndə xüsusi kluba imza atdığını bilirsən. Məşqçimiz komandanın, Qarabağın tarixini izah edib. Bilirik ki, müharibə səbəbindən klub Bakıya köçürülüb”.
Fransalı oyunçu “Qarabağ”ın avrokuboklardakı oyunlarına toxunub:
“Arsenal”, “Bayer”, “Tottenhem”, “Vilyarreal” kimi klublara qarşı oynamışam. Lakin Çempionlar Liqasında heç vaxt olmamışam. İki dəfə pley-off mərhələsində dayanmışıq. “Qarabağ”la Çempionlar Liqasında oynamaq istərdim”.
Qeyd edək ki, Zubir gənc yaşlarında futzal üzrə Fransa millisində çıxış edib.
Heybət
Baxış sayı:54
Bu xəbər 28 Noyabr 2024 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















