Zubirin yeni klubunda gözlənilməz problem yarandı
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
"Qarabağ"ın sabiq futbolçusu Abdullah Zubirin Səudiyyə Ərəbistanına keçidi rəsmiləşməyib.
BAKU.WS "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı fransalı vingerin "Əl-Uruba" ilə anlaşması Səudiyyə Pro Liqası tərəfindən təsdiqlənməyib. Buna səbəb klubun futbolçunun müqaviləsi ilə bağlı tələb olunan maliyyə təminatını təqdim edə bilməməsi olub.
Bu səbəbdən Zubirin yeni komandasında cari mövsümdə meydana çıxması mümkün olmayacaq. Futbolçu hazırda azad agentdir və karyerasını davam etdirmək üçün yeni klub axtarışındadır.
Zubir "Qarabağ"la yollarını ayırdıqdan sonra Azərbaycandan ayrılaraq Səudiyyə Ərəbistanına yollanmış və "Əl-Uruba" ilə müqavilə imzalamışdı. Lakin razılaşmanın liqada qeydiyyata alınmaması transferin faktiki olaraq baş tutmasına mane olub.
Qeyd edək ki, Zubir uzun illər "Qarabağ"ın əsas futbolçularından biri olub və klubun yerli çempionatla yanaşı, avrokuboklardakı çıxışlarında da mühüm rol oynayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 09 Sentyabr 2026 08:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















