Zukerberq 400 minlik saatı ilə diqqət çəkdi FOTOLAR
Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-ın yeni prezidenti Donald Trampın andiçmə mərasiminə qatılan “Meta” korporasiyasının rəhbəri, milyarder Mark Zukerberqin taxdığı saat diqqət çəkib.
Publika.az xəbər verir ki, o, “Patek Philippe” markasına məxsus nadir “Grand Complication Chrono moonphase ref 5270/1R” saatı ilə mərasimə qatılıb.
240 000 dollar (təxminən 408 min manat) dəyərində olan bu saat 18 karat çəhrayı qızıl qolbaq və CH 29‑535 PS Q mexanizmli korpusa malikdir.
Mükəmməlliyin və klassik incəliyin təcəssümü olan zərif saatı gün, ay, il, gündüz və gecə dəyişikliyi göstəriciləri bəzəyir. Saatın dəqiqlik və estetikliyini göstərən taximetr şkalası siferblatını əhatə edir.
Qeyd edək ki, milyarder daha öncə 1 milyon dollara yaxın qiyməti olan “Greubel Forsey Hand Made” saatı ilə gündəmə gəlmişdi. Zukerberqin taxdığı həmin saatdan ildə cəmi 2-3 ədəd istehsal olunur və 6 000 saatlıq əməyin məhsuludur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 21 Yanvar 2025 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















