Icma.az
close
up
RU
Zukerberq Maskın yolunu gedir: Facebookda feyk lər

Zukerberq Maskın yolunu gedir: Facebookda feyk lər

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

"Meta" şirkətinin qurucusu Mark Zukerberq bir qədər əvvəl mövzu ilə bağlı diqqət çəkən videomüraciət yaydı. O, idarə etdiyi platformalarda senzura sisteminin həddindən artıq sərtləşməsindən gileylənərək, bildirdi ki, şirkət yaxın günlərdə üçüncü tərəfin, yəni faktçekinqlərin xidmətindən istifadəni dayandıracaq. "Meta" immiqrasiya, gender kimi mövzuların müzakirəsinə qoyulan məhdudiyyətləri də aradan qaldıracaq. "Bəzi şeylərdən televiziya kanallarında və ya Konqresdə danışıldığı halda, onların bizim platformalarda dilə gətirilə bilinməməsi düzgün deyil!",- Zukerberq bildirib. Onun sözlərinə görə, faktçekerlər olduqca siyasiləşmiş, qərəzli tərəfdir və artıq “ifadə azadlığının kökünə qayıtmağın vaxtıdır”.

"Meta"nın qlobal siyasətinə cavabdeh olan Coel Kaplan isə deyib ki, şirkətin müstəqil moderatorlara güvənməsi əslində yaxşı məqamdır. Lakin onlar zərərsiz məzmunlara həddindən artıq senzuralar tətbiq etməklə xeyli irəli gediblər.
"Meta"nın sosial media platformalarında dəyişiklik ediləcək

Qeyd edək ki, buna qədər oxşar addımı İlon Mask da “X”-də atmışdı. İndi "Meta" korporasiyasının bir hissəsi olan "Facebook", "Instagram" "Threads"də təxminən "X"də mövcud olan "community notes" ("Cəmiyyətin qeydləri" - red.) kimi sistem fəaliyyət göstərəcək. Yəni platformalardakı paylaşımların doğruluğunun yoxlanılması sosial şəbəkə istifadəçilərin ixtiyarına veriləcək. Hər kəs özü mübahisəli yazılara qeydlər əlavə edə, konteksti genişləndirə və ya müəllifin harada səhvə yol verdiyini göstərə biləcək. "Community notes" funksiyasının platformalara yaxın aylarda əlavə ediləcəyi gözlənilir.
“Meta” fakt yoxlama funksiyasını niyə ləğv etdi?
Məsələni AzVision.az -a şərh edən ekspert, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov deyib ki, texnologiyanın cəmiyyətə təsirinin miqyası artdıqca, onlayn platformaların məsuliyyətl. idarə edilməsi mühüm məsələyə çevrilir.

- Əslində “Meta”nın bu yaxınlarda elan etdiyi "Daha çox söz, daha az səhv" təşəbbüsü ifadə azadlığını qorumaqla, dezinformasiya və zərərli məzmunun qarşısını almaq arasında balans yaratmaq üçün atılmış əhəmiyyətli bir addımdır. Bu təşəbbüsdə diqqət çəkən əsas məqam “Meta”nın Süni İntellekt (AI) və maşın öyrənməsi texnologiyalarından istifadəni daha da inkişaf etdirmək niyyətidir. Süni İntellektin məzmun idarəetməsində tətbiqi, xüsusən də mətnlərin, şəkillərin və videoların böyük miqyasda analiz edilməsi, zərərli məzmunun vaxtında aşkarlanması sahəsində yüksək effekt verə bilər. Hərçənd, AI sistemlərinin müxtəlif dillərdə və mədəniyyətlərdə konteksti düzgün anlamaq qabiliyyəti hələ mükəmməl deyil. Bu, xüsusilə çoxdilli və çoxmədəniyyətli platforma olan “Facebook” ilə “Instagram” üçün böyük bir sınaqdır. Azərbaycan kimi ölkələrdə bu sistemlərin necə işləyəcəyi maraq doğurur,- mütəxəssis deyib.
Bu məsələdə şəffaflıq və insan nəzarəti amilləri də unudulmamalıdır. AI sistemləri nə qədər inkişaf etsə də, ədalətli qərarlar qəbul etmək üçün insan nəzarətinə ehtiyac qalır. “Meta”nın qərar qəbuletmə proseslərini daha şəffaf etmək və insan moderatorlarını AI ilə birlikdə daha aktiv şəkildə cəlb etmək planları istifadəçilərin etimadını artırardı.
- Əsas məsələ ifadə azadlığının qorunmasıdır. Dezinformasiya və nifrət nitqini idarə etməkdə ortaya qoyulmuş sərt yanaşmalar bəzi hallarda ifadə azadlığını məhdudlaşdıra bilər. Belə təşəbbüs sərhədləri dəqiq müəyyən etməklə yanaşı, azad ifadənin qorunmasına diqqət yetirməlidir. Süni intellektin dəqiqliyi və sürəti nə qədər yüksək olsa da, saxta məlumat və zərərli məzmunun daha mürəkkəb üsullarla istehsal edilməsinə qarşı adaptasiyası kritik olur. Bu sahədə hələ də tam oturuşmuş analız sistemləri mövcud deyil, - Assosiasiya rəhbəri deyib.
Ümumilikdə isə ekspert “Meta”nın son təşəbbüsünü rəqəmsal platformalarda sağlam müzakirə mühitinin qorunması istiqamətində atılan normal addım sayıb. Lakin bu təşəbbüsün təsirini qiymətləndirmək üçün AI sistemlərinin Azərbaycandakı məzmunları necə idarə etdiyini görmək lazımdır. Ölkəmizdə bu məsələ birmənalı qarşılanmayacaq. “Meta”nın alqoritmlərində dəyişiklik edərək faktyoxlama prosesini azaltması azərbaycanlı istifadəçilərin paylaşımlarına təsir göstərə bilər. Müsbət təsir odur ki, istifadəçilər məhdudiyyətlərə az məruz qalacaqlar. Yaxın gələcəkdə yumşaldılmış istifadəçi şərtlərinin şahidi olacağıq. Mənfi təsirə gəlincə, nəzarətin azalması qeyri-etik paylaşımların xeyli artmasına şərait yaradacaq. Şəxslərə aid məxfi informasiyalar sosial şəbəkələrdə rahat şəkildə yayımlana bilinəcək. Dezinformasiya yayanların işi asanlaşacaq.

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Araz Mustafa deyir ki, sosial şəbəkələrdə müəyyən filtrlərin tətbiqi heç vaxt birmənalı qarşılanmayıb. "Meta" faktçekinqdən imtinaya səbəb kimi şirkətin söz azadlığına daha çox önəm verməsini, sistem səhvlərindən dolayı bir çox günahsız insanın postlarının, yazılarının və şərhlərinin silinməsini göstərib. Zukerberq artıq bu məsələnin həlli istiqamətində işlər görməyə başlayıb. Filtrlərin tətbiqi istifadəçilər tərəfindən bəyənilən hal deyil. İnsanların senzuraların və filtrlərin olmadığı saytlara üstünlük verirlər. "TikTok" və "Telegram"ı misal göstərmək olar. Düzdür, "TikTok" fakt yoxlamalarından yararlanır və bu işi görən bir çox şirkətlə tərəfdaşlıq da edir. Amma "feysbuk"dan xeyli yumşaqdır.
İT mütəxəssisinin sözlərinə görə, Zukerberq bəzi məsələlərdə haqlıdır. Məsələn, faktçekinqlər həqiqətən də tam olaraq faktları yoxlaya bilmir və bu məsələlərdə müəyyən boşluqlar yaranırdı.
“Meta"nın qərarının başqa bir səbəbi isə xərclərin azaldılması ola bilər. Fakt yoxlanışlarına görə şirkət 2016-cı ildən başlayaraq 100 milyon dollardan çox pul xərcləyib.
Haqlı sual yaranır ki, bundan sonra “Facebook”, “İnstagram” və “Threads”də saxta məlumatlar və xəbərlərin sayında çoxalma müşahidə ediləcəkmi? Güman ki, bəli; amma bu sahədə tam nəzarətsizlik də yaranmayacaq. Platformalarda müəyyən süzgəclər və senzuralar başqa formada tətbiq olunacaq.
- Mark Zukerberqin sözlərindən belə çıxır ki, bundan sonra “X” platformasındakı kimi, burada da məlumatların saxta olub-olmamasına cəmiyyətlə yanaşı, xüsusi alqoritmlər və Süni İntellekt qərar verəcək. Artıq istifadəçilər kifayət qədər sosial şəbəkə təcrübəsinə malikdirlər və bu amil sosial platformalarda məzmunun süzgəcdən keçirilməsinə xeyli kömək edəcək. Süni İntellekt texnologiyalarının tətbiqi də prosesə yardım edəcək. Mətn emalı, təsvirin, videonun təhlili, tanıma və manipulyasiya analizinin edilməsi və s. kimi məsələlərdə Sİ-nin köməyilə geniş spektri əhatə etmək mümkündür. Təhqir, nifrət, intihar, zorakılıq, qeyri-etik görüntülər kimi məsələlərdə şirkətin alqoritm siyasətinin daha sərt olacağını gözləmək olar,- ekspert fikirlərini tamamlayıb.
Tural Tağıyev
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://azvision.az
archiveBu xəbər 24 Yanvar 2025 02:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see144

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see135

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see134

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see130

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see125

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see125

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see118

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see117

Trampa daha sərt davranmağı məsləhət görürlər

15 Aprel 2025 08:20see117

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see116

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see115

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see115

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see114

Kanye Uest öz dəfn planlarını açıqladı

15 Aprel 2025 08:22see114

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see113

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see113

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see113

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see112

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see110

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri