Icma.az
close
up
RU
Zülfüqarov: Pezeşkianın ölkəmizə səfəri problemlərin həllinə müsbət təsir edəcək

Zülfüqarov: Pezeşkianın ölkəmizə səfəri problemlərin həllinə müsbət təsir edəcək

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


“Azərbaycan dövləti ilə İran arasında əsas problem və ya böhran 2020-ci ildə, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün apardığı müharibə və ondan sonrakı dövrdə yaranmışdı. İki dövlət arasında mövqe problemlərinin olması əvvəlcədən də bəlli idi. Hesab edirəm ki, bir səfərlə bu problemlərin hamısını həll etmək çətindir. Amma danışmaq, müzakirə aparmaq, mövqeləri yaxınlaşdırmaq müsbət haldır. Bu mənada İran prezidenti Məsud Pezeşkianın səfərinə Azərbaycanda xüsusi maraq var idi”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Təcrübəli diplomat qeyd edib ki, İran prezidenti M. Pezeşkianın Azərbaycana səfəri zamanı daha çox emmosional davranış özünü qabarıq büruzə verib. Onun sözlərinə görə, səfərin havası və münasibət fərqli olub: “Hesab edirəm ki, bu, gələcəkdə problemlərin həllinə, əlaqələrin yaxşılaşdırılmasına müsbət təsir edəcək, maneələrin aradan qaldırılmasını şərtləndirəcək”.
T. Zülfüqarov bildirib ki, M. Pezeşkianın Bakıdakı çıxışları müsbət hal yaradır:
“Nəzərə almaq lazımdır ki, səfər zamanı bir sıra sənədlər imzalandı. Bu sənədlər müxtəlif strukturlar tərəfindən hazırlanır və prezidentlərə təqdim edilir. Mənim fikrimcə, səfərin yüksək səviyyədə baş tutması, səfər zamanı özünü büruzə verən müsbət emosionallıq bir sıra problemlərin həlli üçün vacib amildir. Açığı, indiyə qədər Azərbaycana İranın bir neçə prezidenti səfər edib, ancaq son prezidentin səfəri daha müsbət atmosfer yaradıb. Hesab edirəm ki, İran tərəfi bu amili yüksək qiymətləndirməlidir”.
Müsahibimiz əlavə edib ki, hər bir dövlətin öz marağı ola bilər, lakin bu maraqlar ədalətə söykənməlidir: “İndi yaranmış müsbət atmosfer isə olduqca əhəmiyyətlidir. Bir neçə dövlət sənədi imzlandı, prezidentlərin bəyanatı oldu. Hər şey müsbətə doğru gedir. Düşünürəm ki, iki qonşu ölkə arasında münasibətlərin normal duruma gətirilməsi, əlaqələrin möhkəmləndirilməsi hər iki tərəfin maraqlarına uyğundur”.
T. Zülfüqarov hesab edir ki, yaranmış müsbət atmosfer əlaqələrin yüksək səviyəyə çatdırılmasına və problemlərin aradan qaldırılmasına səbəb olacaq.

Y. QACAR
Reyting.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://reyting.az
archiveBu xəbər 30 Aprel 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see203

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see197

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see194

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see186

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see179

Pozulan nikahlar və gizli qalan səbəblər

03 Noyabr 2025 10:41see175

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see167

Monqol əti Bakıda buna görə ucuz imiş SƏBƏB BİLİNDİ

03 Noyabr 2025 11:14see139

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see136

Turan Tovuz da oynamış futbolçu bu ölkədə klubunu dəyişdi FOTO

03 Noyabr 2025 12:35see135

İstanbulda Qəzza üzrə zirvə görüşü başlayıb

03 Noyabr 2025 16:39see132

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see132

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see130

Toral Bayramov əli Kriştiano Ronaldonun çiynində Foto

03 Noyabr 2025 08:32see128

Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 balıqçı xilas olundu Video

03 Noyabr 2025 16:38see127

İsraildən Türkiyə etirafı: Toz halına saldılar

03 Noyabr 2025 10:47see126

Keçmiş qayınanam üçün darıxıram

03 Noyabr 2025 19:48see122

Finlandiya Prezidenti: Zelenski və Putinin G20 sammitində görüşü mümkündür

04 Noyabr 2025 01:53see122

İsraildə terrorçuların edam edilməsi haqqında qanun təsdiqlənib

04 Noyabr 2025 04:28see121

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri