Icma.az
close
up
RU
Zümrüd Residence dən 3 otaq ev aldı, 2 otaq çıxdı Kupça da ala bilmirik

Zümrüd Residence dən 3 otaq ev aldı, 2 otaq çıxdı Kupça da ala bilmirik

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

"Cavid 2016" MTK-nın "Zümrüd Residence" layihəsindən ev alan vətəndaş şikayətçidir.

Milli.Az-a müraciət edən vətəndaş bildirib ki, 3 otaqlı ev alsa da, sonradan həmin mənzilin 2 otaqlı kimi qeydiyyatdan keçirildiyi məlum olub və indi çıxarış ala bilmir.

"Bu ilin yanvar ayında "Cavid 2016" MTK-nın Zümrüd Residence layihəsindən 139,9 kv/m mənzil aldıq, daha sonra bir xeyli xərc çəkib mənzili təmir etdik. Hətta faktiki yaşadğımız mənzili də satdıq ki, daha burda yaşayaq. Nəhayət mənzillərə çıxarış verilməsinə başlanıldı, hər şeydən bundan sonra məlum oldu. Hamı kimi bizdə çıxarış üçün müraciət etdik, məlum oldu ki, "Cavid 2016" MTK bizim mənzili 3 yox 2 otaq kimi qeydiyyatdan keçirib. Görünür MTK bu yolla hansısa mənfəət güdüb, rəsmi prosedurlardan yayınmaq istəyib, amma olan bizə olub. 

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bizim müraciətimizə imtina verildi, onların nümayəndəsi də mənzilə baxış keçirdi. Məlum oldu ki, MTK mənzili bizə 3 otaq kimi satsa da, 2 otaq kimi qeyd olunub". 

Şikayətçi qeyd edib ki, bu barədə MTK-ya məlumat veriblər.

"Dəfələrlə MTK-nın ofisinə getmişəm, amma heç bir faydası yoxdur. MTK rəhbərliyi tərəfindən bizim problemə etinasız yanaşılır və problemi həll etmək istəmirlər".

"Cavid 2016" MTK-nın Zümrüd Residence layihəsindən isə hüquqi şöbə tərəfindən məsələyə cavab veriləcəyi bildirilsə də, sorğumuza cavab ala bilmədik. 

Məsələ ilə bağlı vəkil Nurlan Səfərov Milli.Az-a bildirib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1- ci maddəsinə əsasən  öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir:

"Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Eyni zamanda Mülki Məcəllənin 448.1-ci və 448.2-ci maddələrinə əsasən, Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz".

Məsələ ilə bağlı əmlak eksperti Elnur Azadov isə bildirib ki, bu kimi hallarda əvvəlki layihə sənədləri ilə tanış olmaq lazımdır:

"Çox güman ki, həmin mənzil öncəki layihə sənədlərində 2 otaqlı kimi qeyd olunub, sonradan mətbəx və ya digər hissədən artırılma olduğu üçün 3 otaqlı kimi satılıb. Bu halda vətəndaşın hüquqları kompensasiya şəklində bərpa olunmalıdır". 

Milli.Az
Mehman Əsədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 Sentyabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see253

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see251

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see236

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see210

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see189

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see178

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see175

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see154

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see148

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see147

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri