Zurab Pataradze: Azərbaycan və Gürcüstan əksər məsələlərdə ortaq maraqlardan çıxış edir
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tbilisi, 28 aprel, AZƏRTAC
Azərbaycan və Gürcüstan əksər məsələlərdə ortaq maraqlardan çıxış edir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Azərbaycandakı sabiq səfiri, Acarıstan hökumətinin yeni seçilmiş sədri Zurab Pataradze söyləyib.
O, həmçinin deyib ki, postsovet məkanındakı əksər ölkələrin delimitasiya-demarkasiya ilə bağlı oxşar məsələləri var.
“Gürcüstan-Azərbaycan sərhədinə gəldikdə isə, bu məsələ ilə bağlı xarici işlər nazirlərinin müavinlərinin rəhbərlik etdiyi komissiyalar yaradılıb. Ölkələrimiz ortaq maraqlardan çıxış edəcək. Bu maraq dostluq, ölkələr arasında münasibətlər adlanır. İki ölkə arasındakı dostluq, strateji tərəfdaşlığa cavab verəcək bir həll yolu mütləq tapılacaq”, - deyə o diqqətə çatdırıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 28 Aprel 2026 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















