Icma.az
close
up
RU
Zurabişvili ermənilərə “dayı” deməyə başladı

Zurabişvili ermənilərə “dayı” deməyə başladı

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Fransa vətəndaşı olan sabiq prezident regionda Parisin Ermənistana yönəlik planlarının həyata keçirilməsində fəal iştirak edir

Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili “Fox News” telekanalına müsahibəsində bu günlərdə ABŞ-la təhlükəsizlik xartiyası imzalayan Ermənistanı “şişirdib”. “Gürcüstan Ermənistan kimi dünyanın ən qədim xristian ölkələrindən biridir. Biz deyirik ki, ən qədimi bizik, onlar deyirlər ki, biz... Amma fakt budur ki, biz iki ən qədim xristian ölkəsiyik və bu bizi birləşdirir. Amerika bizə lazımdır. Amma düşünürəm ki, Amerikanın da bizə ehtiyacı var”, - Zurabişvili qeyd edib.

Bu barədə xəbər verən Caliber.az yazır ki, Zurabişvili Cənubi Qafqazın lider dövləti olan Azərbaycan haqqında bir kəlmə də danışmaması bir kənara, bilərəkdən regionda dini faktoru qabardıb. Maraqlıdır ki, Zurabişvili bu açıqlamanı Gürcüstanın baş naziri Azərbaycanda səfərdə olarkən verib, bu da əvvəlcədən düşünülmüş təxribat hesab oluna bilər. Yada salaq ki, oktyabrdakı parlament seçkilərindən çox-çox əvvəl də, sonra da ölkədə əsas araqarışdıran məhz prezident Zurabişvili idi.

Bəllidir ki, prezident seçilməzdən əvvəl xanım siyasətçi Saakaşvili hökumətində xarici işlər naziri olmuşdu, amma diplomatik korpusda işləyəndə Bakıya gəlməmişdi. Prezident seçildikdən sonra - 2019-cu ilin fevralında isə Ermənistana və Azərbaycana “balansı qoruyan” səfər etmişdi. Bakıdan sonra hətta Qaxa da getmiş, etnik gürcülərlə görüşmüşdü. Onun “Gürcüstan və Azərbaycan ərazilərinin işğalı” barədə dedikləri “çiçəyi burnunda olan” Nikol Paşinyanın xətrinə də dəymişdi, İrəvana gələndə bu barədə ona narazılıq da etmişdilər. Bu, xanım prezidentin Azərbaycana ilk və son səfəri oldu.

Caliber.az yazır ki, Fransa vətəndaşı olan Zurabişvili regionda Parisin Ermənistana yönəlik planlarının həyata keçirilməsində fəal iştirak edir.

“Atalarımız yaxşı deyib ki, ağası Gülüm olanın başına külüm olar. İndi biz bunu müasir dövrdə Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili haqqında desək doğru alınar. O baxımdan ki, ağası Emmanuel Makrondan təlimat alan bu uğursuz qadın indi də Qafqazda etnik qarşıdurma yaratmaq üçün məsuliyyətsiz çıxışlar edir”.

Vüqar İskəndərov

Bu fikirləri “Yeni Müsavat”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib: “Hesab edirəm ki, əslində Zurabişvili burada bir tərəfdən ağası Makronun Cənubi Qafqazı yenidən müharibə ocağına çevirmək siyasətinə uyğun addım atıb. Yəni regionda etnik qarşıdurma üçün necə deyərlər, "dəlinin yadına daş salıb". Digər tərəfdən də bir daha Azərbaycana olan soyuq yanaşmasını ortaya qoyub. İstənilən halda görünən odur ki, bu qadın Makron Fransasının regionla bağlı iyrənc planları yolunda bir vasitə olmağa həvəslidir. Ancaq onun bu həvəsi, bu istəyi elə istək olaraq da qalacaq".

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva əmindir ki, Gürcüstanın keçmiş prezidenti artıq siyasi tarixin zibilliyinə atılıb: “Salome Zurabişvili ölkə başçısı olduğu müddətdə özünü Gürcüstanın prezidenti kimi yox, Fransanın Cənubi Qafqazdakı komendantı kimi aparırdı. Bu da təbiidir, adıçəkilən şəxs uzun illər Fransa Xarici İşlər Nazirliyində çalışıb. Hətta bəzi qaynaqlar iddia edirlər ki, Salome xanım Fransa xüsusi kəşfiyyat xidmətinin də məxfi agentlərindəndir. Əgər belə bir məlumat səhihdirsə, o zaman Gürcüstanı gələcəkdə böyük bəlalar gözləyə bilər. Çünki bu şəxs son 10-15 il ərzində həm şimal-qərb qonşumuzun baş diplomatı, həm də prezidenti kimi fəaliyyət göstərib. Uzun illər Gürcüstanın ən məxfi məlumatlarına vaqif olub. Salome Zurabişvili Gürcüstan prezidenti kimi Azərbaycanla dostluq münasibətlərinə can atmırdı. Birincisi, o, Fransadan, Qərbdəki ağalarından belə bir tapşırıq almamışdı. İkincisi, Azərbaycanın regionda və dünyada müstəqil siyasət yürütməsini, Qərblə, Rusiya ilə məsafəli davranmasını həzm edə bilmirdi. Çünki özündə bu cür ali keyfiyyətlər yox idi. Onun sonuncu müsahibəsində Azərbaycanla bağlı xoş söz söyləməməsinin bir səbəbi də radikal xristian təəssübkeşliyidir. Düşünürəm ki, Gürcüstanın keçmiş prezidenti artıq siyasi tarixin zibilliyinə atılıb. Ola bilsin ki, Fransada gələcəkdə baş qatması üçün hansısa səlahiyyət verilsin. Amma bu, prezidentlik postu olmayacaq. Bu şəxsi heç Avropada da qəhrəman kimi qəbul etməyəcəklər. Ona görə ki, qoyulan "tapşırığı" uğurla yerinə yetirə bilmədi. Yəni Qərb Gürcüstanda yenildi. İndi Salome xanım bu cür müsahibələrlə özünü unutdurmamağa çalışır. Onun Fransanın yeni missiyası üzrə təlimatlandırıldığı da hiss olunur. Söhbət Parisin İrəvanla bağlı “həlqə” siyasətindən gedir. Əminəm ki, Salome Zurabişvili bu missiyanın da öhdəsindən gələ bilməyəcək. Birincisi, Qafqaz adətlərinə yad fiqurdur. Gürcü dilini də heç yaxşı bilmir. İkincisi, qafqazlı psixologiyasından irəli gələn temperamentli siyasi xətdən tamamilə uzaq mühitdə yetişmiş siyasətçidir. Gürcüstan və Ermənistan xalqlarının siyasi psixologiyası “qalibin yanında görünmək”dir. Qərb isə Güney Qafqazı Rusiyaya uduzdu. Yəni Avropa indi Qafqazda məğlub tərəfdir. Bu baxımdan, Nikol Paşinyanın da siyasi ömrünə az vaxt qaldığını düşünmək olar".

Niyaməddin Orduxanlı

Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı sabiq prezidentin bu cür fikirlər səsləndirməsini ayıb sayır: “Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili Fransaya xidmət edən və daim onun maraqlarından çıxış edən birisidir. O, Fransada doğulub və bütün həyatı boyu Fransaya və Qərbə xidmət edib. Hələ bir utanmadan din faktorunu qabardır və ermənilərlə eyni dinin daşıyıcısı olduğunu xatırladır. Bu yanaşma xəstə təfəkkürün, düşüncənin məhsuludur. Prezident olmuş bir adamın din faktoruna söykənərək bu cür bəyanatlar verməsi ən azından ayıbdır, beynəlxalq qanunlara hörmətsizlikdir. Zurabişvili əlbəttə ki, bunu qəsdən edir. Gürcüstanın indiki hakimiyyəti ilə Azərbaycanın çox yüksək səviyyəli əlaqələri qurulub. İkitərəfli əməldaşlığımız var. Tez-tez Gürcüstanın baş naziri Azərbaycana rəsmi səfərə gəlir. Gürcü xalqı bu cür təxribatçı xanımın bəyanatına diqqət ayırmır, bu qadına demək lazımdır ki, Gürcüstan-Rusiya müharibəsi gedəndə, qışın ən sərt vaxtında soyuqdan donan gürcü xalqına dediyi xristian Ermənistan yox, əhalisinin 95%-i müsəlman olan Azərbaycan dövləti kömək etdi, gürcüləri donmaqdan xilas etdik. Bunu yəqin ki, gürcü xalqı unutmayıb. Və hər il Azərbaycan dövləti hesabına Gürcüstanın dövlət büdcəsinə milyonlarla dollar vəsait gedir. Neft, qaz məhsullarının satışından qazanılan pulları deyirəm. Bu xanım bütün bunları çox yaxşı bilir. Bu gün də Fransadan aldığı təlimata uyğun Azərbaycanı hədəfə alır. Onun bu cür bəyanatlarının arxasında ölkəmizə qarşı qərəzli olmaqla yanaşı, həm də nifrəti durur. Bu cür bəyanatları boşboğazlıq və avantüradan başqa cür qiymətləndirmək olmur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 22 Yanvar 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see376

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see346

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see333

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see276

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see272

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see247

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see246

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see225

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see208

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see206

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see200

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see197

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see189

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see185

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see185

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see175

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see175

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see174

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see170

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri