Zurabişvili Gürcüstan məhkəmələrini tənqid etdi: Bu, diktaturadır...
Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Zurabişvili Gürcüstan məhkəmələrində Avropayönlü etiraz aksiyalarının iştirakçılarına qarşı keçirilən məhkəmə proseslərini diktatura adlandırır.
Gununsesi.info xəbər verir ki, o bu barədə sosial şəbəkəsində yazıb:
“Necə ola bilər ki, yüzlərlə inzibati işdə və 53 cinayət işində prokurorluq hər zaman haqlıdır? Bu, diktaturadır. Bunlar indiki Gürcüstanın hakimləri və məhkəmələridir… Rusiyanın səmimi dostları və İvanişvilinin qulları”.
Salome Zurabişvili “Transparency” İnternational təşkilatının yaydığı məlumatlara da münasibət bildirib: “2024-cü ilin dekabrında ABŞ-ın maliyyə sanksiyalarından sonra Bidzina İvanişvili ofşor aktivlərini Gürcüstana köçürməyə başlayıb.
Qeyd etmək lazımdır ki, Offshore qanunu (mən veto qoymuşdum) qəbul edildiyi zaman əsas diqqət «xarici agentlər haqqında» qanuna yönəlmişdi, amma sanksiyaları aşmaq üçün rəsmi sığınacaq yaradılması Beynəlxalq Valyuta Fondunun, Avropa Komissiyasının və ABŞ Dövlət Departamentinin müvafiq reaksiyasını doğurmadı”, — deyə Salome Zurabişvili bildirib.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 30 Yanvar 2025 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















