Zurabişvili istefa verməyəcəyini açıqladı
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Gürcüstan Prezidenti Salome Zurabişvili mandatının başa çatmasına baxmayaraq istefa verməyəcəyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, Zurabişvili bunu televiziya ilə çıxışı zamanı deyib.
“Mən sizin prezident olaraq qalıram, legitim parlament yoxdur. Müvafiq olaraq, qeyri-legitim parlament yeni prezident seçə bilməyəcək. Beləliklə, inauqurasiya baş tutmayacaq. Mənim mandatım qanuni seçilmiş parlament olana qədər davam edir”, - Zurabişvili bildirib.
Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçirilib. Seçkinin nəticəsinə əsasən, ölkənin hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası 54,3% səslə qalib gəlib. Lakin bir sıra müxalif siyasi qruplar seçkinin nəticəsini qəbul etməyib.
Baxış sayı:115
Bu xəbər 30 Noyabr 2024 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















