Zurabişvili Konstitusiya Məhkəməsinə müraciət etdi
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
“Gürcüstan Prezidenti Salome Zurabişvili ötən ay ölkədə baş tutan parlament seçkilərindəki pozuntularla bağlı Konstitusiya Məhkəməsinə müraciət edib”. SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Gürcüstan liderinin hüquqşünası Eka Beseliya yayıb. Onun sözlərinə görə, Zurabişvilinin müraciəti parlament seçkilərində səsvermənin gizliliyinin və ümumseçki hüququnun pozulması ilə bağlı iddiadan ibarətdir.
Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçirilib. Seçkinin nəticəsinə əsasən, ölkənin hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası 54,3% səslə qalib gəlib. Lakin bir sıra müxalif siyasi qruplar seçkinin nəticəsini qəbul etməyib. Zurabişvili isə noyabrın 18-də seçkilərin saxtalaşdırılması iddiası ilə Konstitusiya Məhkəməsinə müraciət edəcəyini açıqlamışdı.
Baxış sayı:109
Bu xəbər 19 Noyabr 2024 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















