Zurabişvili təkrar seçkilərin keçirilməsini tələb edir
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə təkrar parlament seçkilərinin keçirilməsinə çağırıb.
Bakıvaxtı.az Gürcüstan mediasına istinadən xəbər verir ki, Zurabişvili oktyabrın 26-da keçirilən səsverməni etibarlı hesab etməyib.
“Ölkədə seçkilər baş tutmayanda onların yenidən, mümkün qədər tez keçirilməsi zəruridir”, - deyə Zurabişvili bildirib. O əlavə edib ki, seçkilərə görə ölkə “sabitliyin pozulması və ikili hakimiyyət” yoluna düşüb.

Zurabişvili təkrar seçkilərin keçirilməsini tələb edir
18 Noyabr 2024 20:34

