Zurabişvili yeni dövlət başçısının seçildiyi parlament binasına gedib
Icma.az, Bizimyol portalına istinadən məlumat verir.
Bizimyol.info xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat verib.
Zurabişvili nümayişkaranə şəkildə prezident seçkilərinə qarşı mitinqin keçirildiyi Rustaveli prospekti ilə gedib. Etirazçılar onu “Salome, Salome” şüarları ilə qarşılayıblar. O, mitinqdə dayanmayıb və heç bir açıqlama verməyib, yalnız Rustaveli prospekti ilə kəsişən küçə ilə gedib və çox güman ki, Prezident Sarayına tərəf gedib.
Daha sonra Zurabişvili "Facebook" səhifəsində gürcü dilində “Ağıl və bəsirət” yazıb.
Gürcüstan şənbə günü altıncı prezidentini seçir. İlk dəfədir ki, dövlət başçısı birbaşa səsvermə yolu ilə deyil, 300 seçicidən ibarət kollegiyanın iclasında seçilir.
Onun tərkibinə Gürcüstan parlamentinin 150 deputatı, Acarıstan Ali Sovetinin 21 deputatı, Abxaziya Ali Sovetinin 20 nümayəndəsi və ölkənin müxtəlif bölgələrinin rayon sakrebulo-bələdiyyə orqanlarının 109 deputatı daxildir.
Prezidentliyə yeganə namizəd hakim Gürcü Arzusu - Demokratik Gürcüstan partiyasının namizədi, keçmiş parlament üzvü və keçmiş futbolçu Mixail Kavelaşvilidir.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 14 Dekabr 2024 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















