Icma.az
close
up
RU
Zurabişvili yeni prezidentin andiçmə mərasimindən əvvəl iqamətgahda gecələyəcək

Zurabişvili yeni prezidentin andiçmə mərasimindən əvvəl iqamətgahda gecələyəcək

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, varisi Mixail Kavelaşvilinin andiçmə mərasimi ərəfəsində o, tərk etmək fikrində olmadığı iqamətgahda gecələyəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Zurabişvili videomüraciətində bildirib.

“Sizi Orbeliani sarayından (prezident iqamətgahı) salamlayıram. Mən buradayam, burada olacağam və burada gecələyəcəm”, - deyə qeyd edib.

O, tərəfdarlarını dekabrın 29-da saat 10:00-da iqamətgaha gəlməyə çağırıb və orada həmin və sonrakı günlər üçün planlarını açıqlayacaq.

Dekabrın 29-da seçilmiş prezident Mixail Kavelaşvilinin andiçmə mərasimi keçiriləcək. Mərasim saat 11:00-da başlayacaq və prezident iqamətgahının yaxınlığında yerləşən parlament binasında baş tutacaq.

Zurabişvili oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edir və Kavelaşvilinin seçilməsini legitim hesab etmir. O, dövlət başçısı kimi fəaliyyətini davam etdirəcəyini dəfələrlə bəyan edib və təkrar seçkilərin keçirilməsini tələb edib.

Gürcüstan Konstitusiyasına görə, Kavelaşvili and içdikdən sonra prezidentin səlahiyyətlərini öz üzərinə götürəcək. Bundan sonra Zurabişvili avtomatik olaraq istefaya göndərilmiş olacaq. Baş nazir İrakli Kobaxidze dəfələrlə Zurabişviliyə xəbərdarlıq edib ki, varisinin inauqurasiya mərasimindən sonra prezident sarayını tərk etməsə, ona qarşı dövlət qurumunda qanunsuz fəaliyyətə görə cinayət işi qaldırılacaq.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Dekabr 2024 23:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see335

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see212

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see194

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see176

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see141

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see140

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see137

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see136

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see136

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see132

“Qarabağ”dan getmək üçün hərəkətə keçdi

14 Oktyabr 2025 20:15see132

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see127

Bu bürcün qadınları asan ram olmur

16 Oktyabr 2025 03:21see123

Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları Şuşa şəhərinə gəliblər

15 Oktyabr 2025 18:02see123

7 milyard ayrıldı, Ukraynada 500 sığınacaq qurulur

15 Oktyabr 2025 01:22see122

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see122

Finlandiyalıların bir çoxu erkən pensiyaya çıxmaq arzusundadır

16 Oktyabr 2025 04:03see120

ABŞ də şatdauna son qoymaq cəhdi növbəti dəfə nəticəsiz qaldı

15 Oktyabr 2025 04:46see120

Şarm əl Şeyx sammiti: Yaxın Şərq üçün yeni tarix

15 Oktyabr 2025 12:20see120

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri