“Zurabişviliyə siyasi sığınacaq verməyə hazırıq”
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Litva zərurət yaranacağı halda Gürcüstan Prezidenti Salome Zurabişviliyə siyasi sığınacaq verməyə hazırdır.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Litva prezidentinin baş müşaviri Asta Skaysqirite danışıb.
"Təbii ki, Litva belə bir zərurət yarandığı halda Zurabişviliyə sığınacaq verərdi", - deyə müşavir qeyd edib.
Bununla belə, Skaysqiritenin sözlərinə görə, Gürcüstan prezidenti Tbilisidə öz xalqı ilə birlikdə olacağını bildirib.
Xatırladaq ki, Litva noyabrın 2-də Gürcüstanın hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının təsisçisi Bidzina İvanişvilinin və bir neçə yüksəkvəzifəli gürcü məmurun ölkəyə girişinə qadağa qoyub.
Onu da qeyd edək ki, dekabrın 14-də Gürcüstanda prezident seçkiləri keçiriləcək. S.Zurabişvilinin səlahiyyəti müddəti isə dekabrın 16-da başa çatır.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 03 Dekabr 2024 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















