Zurabyan: Paşinyan Zəngəzurla bağlı əsl razılaşmanı gizlədir
Icma.az, Sherg.az saytına istinadən bildirir.
“Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı imzalanmış müqaviləni ictimaiyyətdən gizlədir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın müxalif Erməni Milli Konqresi Partiyasının sədrinin müavini Levon Zurabyan deyib.
Siyasətçi xatırladıb ki, Paşinyan avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan arasında üçtərəfli bəyannaməyə əlavə olaraq, ABŞ və Ermənistan arasında üç ikitərəfli memorandum da imzalayıb:
Birinci, “Sülh qovşağı” layihəsinin imkanlarının inkişafı sahəsində tərəfdaşlıq haqqında;
İkinci, Süni intellekt və yarımkeçiricilər sahəsində innovativ əməkdaşlıq haqqında;
Üçüncü, Enerji təhlükəsizliyi sahəsində tərəfdaşlıq haqqında.
Paşinyan və komandasının gecə-gündüz “böyük nailiyyət” kimi təqdim etdiyi bu üç memorandumdan heç biri imzalandıqdan 12 gün sonra çap olunmayıb.
Paşinyan avqustun 21-də keçirdiyi mətbuat konfransında Vaşinqton razılaşmalarının bütün məzmununun üçtərəfli bəyannamənin bir səhifəsində əksini tapdığını göstərməyə çalışıb və əldə olunan razılaşmalara yalnız bəyannamənin mətni əsasında qiymət verməsini təklif edib”.
Paşinyanın sözlərinin əksinə olaraq Zurabyan bildirib ki, Zəngəzur dəhlizinin 99 illik icarəsi ilə bağlı sövdələşmə mətni cəmiyyətdən gizlədilən birinci memorandumda təsvir olunub: “İkinci və üçüncü memorandumlar isə dərc olunub, bu da birinci sənədin mətninin gizlədilməsi faktı təsdiqləyir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 22 Avqust 2025 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















