27 ildir ki, azad olunan ərzilərə gəlməyi arzulayırdım İran səfiri
Как сообщает Icma.az, ссылаясь на сайт Day.az.
"3 aydan artıqdır ki, Bakıya gəlib missiyama başlamışam. Bu beynəlxalq konfrans itkin düşmüş insanlarla bağlı təşkil olunub. Həqiqətən bu, çox önəmli məsələdir ki, münaqişə nəticəsində itkin düşmüş şəxslərin vəziyyəti dəqiqləşsin və ailələri bilsinlər ki, onlara nə olub. Ailələr gözləyirlər ki, əzizlərinin taleyindən məlumat alsınlar".
Bu sözləri Trend-ə İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda beynəlxalq konfrans iştirakçılarının Zəngilan səfəri zamanı deyib.
Səfir Azərbaycanı qələbə münasibətilə təbrik edib:
"Mən bu fürsətdən də istifadə edib bütün Azərbaycan xalqını təbrik edirəm ki, nəhayət 30 ildən sonra işğal olunmuş torpaqlar azad olundu və ölkənin suverenliyi bərpa olundu. Mən keçmişdə də Bakıda işləmişəm. 27 il öncə Göygöldə Qarabağa baxırdım. Belə fikirləşirdim ki, görəsən nə vaxtsa yenidən bu - indi azad olunan yerlərdə olacağam? Çox şadam ki, mənim bu arzum həyata keçib. Bir daha Azərbaycan xalqını və dövlətini bu böyük nailiyyətə görə təbrik edirəm".


