55 ölkədən 100 nəfər Azərbaycanda təhsil qrantı qazanıb
Icma.az передает, что по данным сайта Day.az.
"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə 55 ölkədən 100 nəfər təhsil qrantına layiq görülüb.
Day.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə mətbuat məlumatında bildirilib.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 8 iyul 2023-cü il tarixli Sərəncamına uyğun olaraq, iki nazirliyin birgə icra etdiyi proqram üzrə namizədlərin seçimi başa çatıb. Seçim proqrama müraciət etmiş 64 ölkədən yüzlərlə namizəd arasından aparılıb.
Qrant qazanan şəxslər Azərbaycanın 11 ali təhsil müəssisəsində müxtəlif təhsil səviyyələri üzrə təhsil alacaqlar. Bu müəssisələr ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, Naxçıvan Dövlət Universiteti, Milli Aviasiya Akademiyası və Xəzər Universitetidir.
Proqram İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv ölkələrin, İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri qrupuna daxil olan ölkələrin, eləcə də Azərbaycan xalqı ilə etnik, tarixi və mədəni bağlara malik xalqların və milli azlıqların yaşadığı ölkələrin vətəndaşlarını əhatə edir.
Proqramın şərtlərinə əsasən, beş il ərzində hər il 100 nəfər olmaqla, ümumilikdə 500 xarici ölkə vətəndaşına Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq üçün qrant ayrılması nəzərdə tutulur.
Другие новости на эту тему:
Просмотров:139
Эта новость заархивирована с источника 12 Октября 2026 15:28 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор калорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Цены на нефть
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















