Icma.az
close
up
AZ
ADA Universiteti və tərəfdaşları Beynəlxalq Əlillər Günü münasibətilə internat tipli məktəblərdə görüşlər keçiriblər FOTO

ADA Universiteti və tərəfdaşları Beynəlxalq Əlillər Günü münasibətilə internat tipli məktəblərdə görüşlər keçiriblər FOTO

ADA Universiteti, ADA Universiteti Fondu (ADAF) və "PAŞA Bank"ın birgə təşkilatçılığı ilə keçirilən sosial layihənin ikinci mərhələsi başlayıb.

Layihənin ilk təşəbbüsü əlamətdar günə 3 Dekabr-Beynəlxalq Əlillər Gününə təsadüf edib. Bu münasibətlə dekabrın 3-ü 1 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbdə və 11 nömrəli İnteqrasiya təlimli internat məktəbdə təhsil alan 100-dək şagirdlə görüş keçirilib.

11 nömrəli məktəbdə təhsil alan 6-11 yaşlı şagirdlərin yaradıcı düşüncə tərzini ortaya çıxarmaq, onların özlərini daha səlis şəkildə ifadə etmələrinə dəstək olmaq üçün rəssamlar tərəfindən xüsusi təlim təşkil edilib.

1 nömrəli məktəbdə təhsil alan 13 yaşdan yuxarı məktəblilər üçün isə psixoloqların iştirakı ilə xüsusi sessiyalar təşkil edilib. Onlara pis vərdişlərdən uzaq durmağın vacibliyindən, özünə və cəmiyyətə fayda vermək üçün öz üzərlərində çalışmağın, eləcə də təhsilə, peşəyə yiyələnməyin əhəmiyyətindən bəhs edilib.

Bununla yanaşı, məktəbin pedaqoji kollektivi də şagirdlərə yanaşmada tətbiq edilən müasir metodlar barədə məlumatlandırılıblar.

Hər iki məktəbdə keçirilən görüşlər sağlamlıq imkanları məhdud olan məktəblilərin ifa etdiyi musiqili-əyləncəli proqramla, tamaşalarla yekunlaşıb. Şagirdlərin kompozisiya və rəqsləri və onlara təqdim edilən hədiyyələr bu görüşü daha yaddaqalan edib.

ADA Universiteti Fondunun Sponsorluq layihələri şöbəsinin direktoru Firuzə İsmayıl Əliyeva layihə ilə bağlı bildirib:

"ADA Universiteti daim tərəfdaşları ilə birgə sosial məsuliyyət layihələrinin icrasına önəm verir, fiziki cəhətdən müəyyən məhdudiyyətlələrə malik olan şəxslərin cəmiyyətə inteqrasiyasını dəstəkləyir."

Xatırladaq ki, ADA Universiteti Fondu və "PAŞA Bank" ötən il sözügedən sosial layihənin ilk mərhələsinə başlayıb. Layihə çərçivəsində internat tipli məktəblərdə təhsil alan qızlar üçün psixoloqlar tərəfindən seminar və təlimlər keçirilib, iştirakçılar tanınmış ziyalıları, millət vəkillərini və məşhur simaları bir araya gətirən sessiyalarda və fərqli məkanlara ekskursiyalarda iştirak ediblər.

seeПросмотров:43
embedИсточник:https://news.day.az
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

СМИ: в штате Аляска с радаров пропал самолет с 10 людьми

07 Февраля 2025 09:11see135

Между Азербайджаном и Арменией состоялся обмен мнениями по вопросам пропавших без вести граждан

07 Февраля 2025 21:02see124

Во Франции активисты добились изменения названия района из за его колониального характера

07 Февраля 2025 07:30see122

Так убили Насраллу видео

07 Февраля 2025 11:33see122

В Эгейском море произошло очередное землетрясение

07 Февраля 2025 21:01see121

Сегодня продолжится суд по делу лиц армянского происхождения, обвиняемых в военных преступлениях

07 Февраля 2025 08:39see121

Кади подписал контракт и уехал

07 Февраля 2025 12:16see119

ГТК предотвратил контрабанду томатной пасты и газовых плит в Нахчыван ФОТО

07 Февраля 2025 12:16see116

Подоляк: Киеву было бы лучше, если США вступили в войну с Россией

07 Февраля 2025 13:26see111

Руфат Абдуллазаде: Матчи с Карабахом друг от друга не отличаются

07 Февраля 2025 19:25see111
newsПоследние новости
Самые свежие и актуальные события дня