Almaniya Azərbaycanın qeyri neft sektoruna ən çox sərmayə yatıran ölkələrdən biridir Elmar Məmmədov
Как сообщает Icma.az со ссылкой на сайт Day.az.
Almaniya Azərbaycanın qeyri-neft-qaz sektoruna ən böyük sərmayə qoyan ölkələrin ilk onluğunda yer alır.
Day.Az xəbər verir ki, Trend-in məlumatına görə, bunu Bakıda keçirilən qəbulda Azərbaycan Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Elmar Məmmədov deyib.
Onun sözlərinə görə, ötən il Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi 1,6 milyard ABŞ dollarına çatıb. Bu ilin ilk 8 ayında isə göstərici artıq 1 milyard dolları ötüb.
E.Məmmədov bildirib ki, Almaniya hazırda Azərbaycanın xarici ticarət tərəfdaşları arasında beşinci, Avropa ölkələri arasında isə ikinci yerdədir.
O qeyd edib ki, Azərbaycan-Almaniya Ticarət və İnvestisiya üzrə Yüksək Səviyyəli İşçi Qrupu iqtisadi əməkdaşlığın inkişafında mühüm rol oynayır. "Əminəm ki, 2025-ci il sentyabrın 15-də Bakıda keçirilən qrupun 10-cu iclasında müzakirə olunan məsələlər əlaqələrimizin möhkəmlənməsinə mühüm töhfə verəcək", - deyə Məmmədov əlavə edib.
Diplomat həmçinin humanitar sahədə əməkdaşlığı da xüsusi vurğulayıb: "Alman dili Azərbaycanda ən çox öyrənilən xarici dillərdən biridir. Almaniyada minlərlə azərbaycanlı təhsil alıb və bu gün də təhsilini davam etdirir. Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi də xalqlarımız arasında mədəni əlaqələrin güclənməsinə mühüm töhfə verir".


