Azərbaycan Gürcüstan iqtisadiyyatınan çox sərmayə qoyan dövlətlərdən biridir Sahibə Qafarova
Icma.az, ссылаясь на сайт Day.az, отмечает.
Azərbaycan Gürcüstan iqtisadiyyatınan çox sərmayə qoyan dövlətlərdən biridir.
Day.Az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstanın milli bayramı - Müstəqillik günü münasibəti ilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
Milli Məclisin sədri bildirib ki, ölkələrimiz ikitərəfli səmərəli əməkdaşlığın möhkəm və davamlı modelini yaradıblar və bu əməkdaşlıq siyasətdən iqtisadiyyata, elm və təhsildən mədəniyyətə qədər ən müxtəlif sahələri əhatə edir:
"İqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti iş birliyinin genişlənməsi üçün yeni imkanlar yaradır.
Azərbaycan Gürcüstan iqtisadiyyatına, o cümlədən energetika və nəqliyyat kimi mühüm sahələrə ən çox sərmayə qoyan dövlətlərdən biridir. Uğurlu iş birliyimizin bəhrəsi olan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmiryol xətti kimi layihələr xalqlarımızın rifahına xidmət etməklə yanaşı, Şərqlə Qərb, Avropa ilə Asiya arasında yeni nəqliyyat-enerji dəhlizinin formalaşmasında önəmli rol oynayır".
Ölkələrimiz arasında humanitar əməkdaşlığın əhəmiyyətindən danışan Milli Məclisin sədri qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstan cəmiyyətinin, Azərbaycanda yaşayan gürcülər isə Azərbaycan cəmiyyətinin ayrılmaz hissələridir və hər iki dövlətdə hörmət və qayğı ilə əhatə olunublar:
"Onlar dost və qardaş ölkələrimiz arasında humanitar əlaqələrin inkişafına böyük töhfə verirlər.
Azərbaycanla Gürcüstan arasında mövcud olan qarşılıqlı inam, etimad və dəstək beynəlxalq miqyasda fəaliyyətimizdə də öz əksini tapır. Bütün beynəlxalq təşkilatlarda Azərbaycan və Gürcüstan daim həmrəylik nümayiş etdirirlər".
Milli Məclisin sədri Azərbaycanla Gürcüstan arasında mövcud olan möhkəm dostluq və tərəfdaşlıq münasibətlərinin qarşıdakı illərdə daha da inkişaf edəcəyinə və xalqlarımızın tərəqqisinə xidmət edəcəyinə əminliyini ifadə edib.


