Avtobuslar nə üçün gecikir? SƏBƏB VİDEO
По информации сайта Day.az, передает Icma.az.
Bakıda avtobusların gecikməsi, uzun intervallarla hərəkət etməsi və texniki nasazlıqlar sərnişinlərin narazılığına səbəb olur. Vətəndaşlar dayanacaqlarda uzun müddət gözlədiklərini, avtobusların çox vaxt dolu gəldiyini və işə, dərsə gecikdiklərini bildirirlər. Xüsusilə 29, 36, 161 və digər marşrut xətləri ilə bağlı şikayətlər səsləndirilir.
Day.Az xəbər verir ki, sürücülər gecikmələrin əsas səbəbi kimi yollardakı tıxacları və avtobusların texniki nasazlıqlarını göstərirlər. Sərnişinlərin sözlərinə görə, bəzi avtobuslar yolda sıradan çıxır, sərnişinlər isə nəqliyyat vasitəsini tərk etmək məcburiyyətində qalırlar.
"Bakubus" MMC-dən bildirilib ki, marşrutların hərəkəti onlayn monitorinq mərkəzi vasitəsilə izlənilir. Qurum tıxacların və yol məhdudiyyətlərinin intervalların artmasına səbəb olduğunu qeyd edib. 11 nömrəli marşrutda sürücünün sərnişinləri gözləmədən hərəkətə davam etməsi ilə bağlı araşdırma aparılacağı bildirilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə mövzu ilə bağlı açıqlama verilməyib.
Ətraflı "APA TV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Другие новости на эту тему:
Просмотров:35
Эта новость заархивирована с источника 09 Октября 2026 16:25 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор калорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Цены на нефть
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















