Avtobusu bu formada gözləyən sərnişinlər CƏRİMƏLƏNƏCƏK
Icma.az сообщает, ссылаясь на сайт Day.az.
Yolun hərəkət hissəsinə çıxaraq avtobus gözləyən sərnişinlərə qarşı pul cəriməsi tətbiq olunur.
Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" Qanununun 41-ci maddəsinə əsasən, sərnişinlərin nəqliyyat vasitəsini yalnız xüsusi minik meydançalarında (dayanacaqlarda), onlar olmadıqda isə səki və ya yolun çiyini tərəfdən gözləməsi və minməsi tələb olunur. Sərnişinlərin avtobus gözləmək və ya sürücüyə işarə etmək məqsədilə əvvəlcədən yolun hərəkət hissəsinə (asfaltın üzərinə) çıxıb dayanması qanunla qadağandır və bu qaydanın pozulması birbaşa məsuliyyət yaradır.
Bu hüquqi pozuntuya görə cərimə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsi ilə tənzimlənir. Sözügedən maddəyə əsasən, sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına görə 30 manat məbləğində inzibati cərimə nəzərdə tutulur. Həm öz təhlükəsizliyiniz, həm də digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmamaq üçün avtobusun tam dayanmasını yalnız səkidə və ya təyin olunmuş meydançada gözləməli, nəqliyyat vasitəsinə yalnız o, tam dayandıqdan sonra yaxınlaşmalısınız.
Nəsimi Ələsgərli
Другие новости на эту тему:
Просмотров:148
Эта новость заархивирована с источника 08 Октября 2026 14:48 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор калорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Цены на нефть
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















