Avtomobildə “plyonka”ya bu şərtlərlə icazə verilir AÇIQLAMA
Icma.az информирует, ссылаясь на сайт Day.az.
Bəzi sürücülər avtomobilin nəinki arxa yan, o cümlədən qabaq yan və alın şüşələrinə plyonka çəkirlər. Bununla da görünməz bir sədd yaranır. Yəni sükan arxasında kimin olub-olmadığı görünmür. Çünki avtomobil tünd plyonka ilə örtülmüş vəziyyətdədir.
Day.Az xəbər verir ki, Milli.Az xəbər verir ki, bir qrup sürücü iddia edir ki, avtomobilində "plyonka" istifadə etdiyi üçün polis tərəfindən cərimələnib. O, avtoservisdə şüşə örtüyünü yoxlatdığı və hər şeyin qaydasında olduğu halda cərimə tətbiq edildiyini bildirib.
Bəs bu vəziyyət qanunvericilikdə necə tənzimlənir?
Məsələ ilə bağlı Milli.Az-a nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, bu şüşələrin işıq ötürmə dərəcəsi nəzərə alınmalıdır. Yəni, ön yan şüşələrində plyonka istifadəsi ən azı 75% şəffaf olmalıdır. Ancaq arxa şüşələrdə plyonka istifadəsinə icazə verilir.
"Plyonka istifadəsi ilə bağlı əsas tələblərdən biri də təhlükəsizlikdir. Şüşələrdə istifadə edilən plyonka sürücünün görmə qabiliyyətini zəiflətməməli həmçinin yolun digər iştirakçıları üçün təhlükə yaratmamalıdır. Plyonka işığın yayılmasını məhdudlaşdırmamalıdır və yol hərəkətinin təhlükəsizliyini təmin etməlidir".
Bu problem ilə qarşılaşan sürücülərin sayı artmaqdadır, lakin polis bu halları qanunsuz sayır. Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, nəqliyyat vasitəsinin xarici işıq cihazlarının üzərinə örtüklərin çəkilməsi onların rəng çalarlarının, işıq yayma keyfiyyətinin dəyişməsinə, ötürdüyü siqnalların, daşıdığı funksiyanın düzgün anlaşılmamasına səbəb ola bilər:
"Odur ki, "Yol hərəkəti haqqında" Qanunun 1 saylı Əlavəsinə əsasən, xarici işıq cihazlarının miqdarı, tipi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsinin konstruksiyasının tələblərinə uyğun olmalıdır. Nəqliyyat vasitəsinin xarici işıq cihazlarından normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması və ya dəyişdirilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinə əsasən, inzibati məsuliyyət yaradır".
Другие новости на эту тему:
Просмотров:147
Эта новость заархивирована с источника 24 Ноября 2024 13:40 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















