Icma.az
close
up
RU
Azərbaycan dörd günlük iş rejiminə keçə bilər? Yaxın 2530 ildə... Yeni Sabah

Azərbaycan dörd günlük iş rejiminə keçə bilər? Yaxın 2530 ildə... Yeni Sabah

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İslandiya dörd günlük iş həftəsini tətbiq edəndən bəri iqtisadi artımın sürətlənməsi qeydə alınıb. Bu barədə CNN aparılan araşdırmanın nəticələrinə əsasən məlumat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, araşdırmaya görə, İslandiyanın ÜDM-i 2023-cü ildə 5 faiz artıb ki, bu da inkişaf etmiş bir iqtisadiyyat üçün böyük nəticədir. Zəngin Avropa ölkələri arasında yalnız Malta daha yüksək göstəriciyə malikdir. Müqayisə üçün qeyd edək ki, 2006-2015-ci illər ərzində İslandiyanın orta iqtisadi artım tempi ildə cəmi 2 faiz təşkil edib.

Azərbaycanda da dörd günlük iş rejiminə keçilə bilərmi?

İqtisadçı Xalid Kərimli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanın dörd günlük iş rejiminə keçidi illuziyadır.

Onun sözlərinə görə, yaxın 25-30 il ərzində ölkəmizdə dörd günlük iş rejiminin tətbiqi gözlənilmir:

"Məşğulluğun yarısını verən özəl sektorda bir çox xidmətlər üzrə beş günlük iş problemləri mövcuddur. Xüsusən də qeyri-rəsmi məşğulluğu rəsmiləşdirmək istiqamətində çətinliklər yaşanır. Belə ki, beş gündən artıq işlədilən işçilərin kompensasiyasının ödənilməsi ilə bağlı çətinliklər var. Ölkə olaraq, bu rejimi tam formada tətbiq edə bilməmişik".

Azərbaycanla İslandiyanın müqayisəsinə toxunan Xalid Kərimli vurğulayıb ki, İslandiyanın cəmi 200-300 min nəfərlik əhalisi var və iqtisadi strukturu tamamilə fərqlidir. Ona görə İslandiya ilə Azərbaycanı müqayisə etməyimiz düzgün olmaz.

"Ölkəmizin sözügedən rejimə keçidi qəlizdir. Çünki hazırda insanlarımızın çoxu işsizlikdən əziyyət çəkir və sosial problemlər var. Dörd günlük iş rejimi texnoloji baxımdan inkişaf etmiş ölkələr üçün daha uyğundur. Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı problemlər mövcuddur", - deyə Xalid Kərimli qeyd edib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 Noyabr 2024 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri