Azərbaycan Əlcəzairdə keçirilən beynəlxalq sərgidə təmsil olunub FOTO
Icma.az информирует, ссылаясь на сайт Day.az.
Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzairdə beynəlxalq sərgi və dəfilə təşkil olunub. Tədbir Misirin Əlcəzairdəki Səfirliyinin və Əlcəzairdə akkreditə olunmuş səfirlərin xanımlarını bir araya gətirən Diplomatların Xanımlarının Assosiasiyasının (AFDA) təşkilatçılığı ilə baş tutub.
Bu barədə Day.Az-а Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Bəhreyn, Küveyt, Malayziya, Rusiya və bir sıra Afrika ölkələrinin nümayəndələrinin qatıldığı tədbirdə hər kəs öz musiqisini, bayrağını və milli geyimlərini təqdim edib.
Tədbirdə ölkəmizi Əlcəzairdə yaşayan soydaşımız Xumar Nəbiyeva və Diaspor Gənclərinin IV Yay Düşərgəsinin iştirakçısı Şəms Nəbiyeva təmsil edib. Soydaşlarımızın çıxışı zəngin geyim irsimizin, musiqi mədəniyyətimizin və milli kimliyimizin beynəlxalq arenada tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyıb.
Tədbir müxtəlif xalqlar arasında dostluq münasibətlərinin, mədəni əməkdaşlığın və qarşılıqlı anlayışın inkişafına dəyərli töhfə verib.
Другие новости на эту тему:
Просмотров:62
Эта новость заархивирована с источника 15 Декабря 2025 19:35 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















