Azərbaycan Nyu Dehlidə təşkil olunan diplomatik xeyriyyə yarmarkasında təmsil olunub FOTO
Icma.az, со ссылкой на сайт Day.az, информирует.
Dekabrın 8-də Azərbaycanın Hindistandakı Səfirliyi paytaxt Nyu-Dehlidə təşkil olunmuş növbəti diplomatik xeyriyyə yarmarkasında iştirak edib.
Səfirlikdən Day.Az-a verilən məlumata görə, şəhərin mərkəzi Nehru Parkında açıq havada qurulmuş ölkə və korporativ stendlər arasında Azərbaycan adı və bayrağının yerləşdiyi guşə də yer alıb. Ölkəmizin Hindistandakı Səfirliyinin diplomatik və inzibati heyəti və onların ailə üzvlərinin birgə əməyi nəticəsində ərsəyə gəlmiş stendimizdə Azərbaycanın milli mətbəxi, zəngin tarixi və mədəniyyətinin nümunələri təqdim olunub.
Gün ərzində fəaliyyət göstərən Azərbaycan stendi yarmarkada iştirak edən diplomatik korpus üzvləri və hindistanlı ziyarətçilərin böyük marağına səbəb olub.
Yarmarka Dehli Qadınlar Assosiasiyası Fondu və xarici ölkələrin səfirliklərinin iştirakı ilə 1988-ci ildən etibarən hər il keçirilir. Əldə olunan vəsait aztəminatlı ailələrə, sağlamlıq imkanları məhdud olan uşaqların təhsili və müalicəsi məqsədlərinə yönəldilir.
Другие новости на эту тему:
Просмотров:145
Эта новость заархивирована с источника 08 Декабря 2024 16:34 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















