Icma.az
close
up
AZ
Azərbaycan Milli QHT Forumu İctimai şuraların formalaşdırılmasında pozuntulara və üzvlükdən suiistifadə hallarına dair bəyanat yayıb FOTO

Azərbaycan Milli QHT Forumu İctimai şuraların formalaşdırılmasında pozuntulara və üzvlükdən suiistifadə hallarına dair bəyanat yayıb FOTO

Azərbaycan Milli QHT Forumu İctimai şuraların formalaşdırılmasında pozuntulara və üzvlükdən sui-istifadə hallarına dair bəyanat yayıb.

Day.Az xəbər verir ki, bəyanatda deyilir:

"Azərbaycan Milli QHT Forumu bir sıra dövlət qurumları, xüsusilə yerli icra hakimiyyəti orqanları yanında İctimai şuraların formalaşdırılmasında kobud pozuntu hallarını müşahidə edir. Bəzi hallarda yerlərdə bir sıra qurumlar seçkili təsisat olan İctimai şuralara təyinat əsasında tərkib formalaşdırır, hətta buna dair daxili sərəncamlar imzalayır. Azərbaycan Milli QHT Forumu bu cür halların Azərbaycan Respublikasının "İctimai iştirakçılıq haqqında" Qanununa zidd olduğunu bəyan edir.

Apardığımız təhlillər göstərir ki, hazırda mərkəzi icra hakimiyyəti qurumları üzrə mövcud İctimai şuraların təxminən 25%-i eyni şəxslərdən ibarətdir. Azərbaycan əleyhinə iş aparan bir sıra xarici donorlarının, Qərb səfirliklərinin təsiri altında olan şəxslərin dövlət qurumları yanında İctimai şuralara müxtəlif üsullarla düşməsi, bu statusdan sui-istifadə etməsi, mandatlarından kənar fəaliyyət halları, özlərini "qrant vasitəçiləri" kimi apararaq məlumatlar toplaması barədə siqnallar narahatlıq doğurur.

Bəzi Qərb səfirliklərinin Azərbaycanda İctimai şuralarda təmsil olunan QHT-ləri ələ almağa çalışaraq, onlara özlərinin balansında olan nəqliyyat vasitələrini bağışlamaq istəkləri barədə də məlumatlar var.

Azərbaycan Milli QHT Forumu hesab edir ki, İctimai şuraların "İctimai iştirakçılıq haqqında" Qanunun tələblərinə uyğun fəaliyyəti təmin olunmalı, İctimai şuralar yalnız ictimai maraqlara xidmət etməli, ictimai nəzarəti təmin etməli, bu şuraların tərkibinin formalaşmasında və fəaliyyətində sui-istifadə halları aradan qaldırılmalıdır", - deyə bəyanatda bildirilib.

seeПросмотров:106
embedИсточник:https://news.day.az
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

СМИ: в штате Аляска с радаров пропал самолет с 10 людьми

07 Февраля 2025 09:11see135

Между Азербайджаном и Арменией состоялся обмен мнениями по вопросам пропавших без вести граждан

07 Февраля 2025 21:02see124

Во Франции активисты добились изменения названия района из за его колониального характера

07 Февраля 2025 07:30see122

Так убили Насраллу видео

07 Февраля 2025 11:33see122

В Эгейском море произошло очередное землетрясение

07 Февраля 2025 21:01see121

Сегодня продолжится суд по делу лиц армянского происхождения, обвиняемых в военных преступлениях

07 Февраля 2025 08:39see121

Кади подписал контракт и уехал

07 Февраля 2025 12:16see119

ГТК предотвратил контрабанду томатной пасты и газовых плит в Нахчыван ФОТО

07 Февраля 2025 12:16see116

Подоляк: Киеву было бы лучше, если США вступили в войну с Россией

07 Февраля 2025 13:26see111

Руфат Абдуллазаде: Матчи с Карабахом друг от друга не отличаются

07 Февраля 2025 19:25see111
newsПоследние новости
Самые свежие и актуальные события дня