Azərbaycan Ordusunda Milli Dirşəliş Günü qeyd edilib FOTO
Согласно сайту Day.az, передает Icma.az.
Cari ilin tədbirlər planına uyğun olaraq, 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.
Day.Az bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Çıxış edənlər 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə keçirdiyi sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunmasının milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan yolumuzun başlanğıcı olmasından danışıblar. Həmçinin 17 Noyabr - Milli Dirçəliş Gününün xalqımızın azadlıq mübarizəsindəki əsas mərhələlərdən olması, ölkəmizin müstəqilliyinin bərpa edilməsindəki tarixi rolu barədə geniş məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etməsi nəticəsində bu gün 17 Noyabr - Milli Dirçəliş Gününün Vətənimizin hər yerində xalqımız tərəfindən bayram edilməsi böyük qürur və iftixar hissi ilə qeyd olunub.
Silsilə tədbirlər çərçivəsində təqdim edilən musiqi nömrələri, mədəni-kütləvi və digər tədbirlər şəxsi heyət tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Другие новости на эту тему:
Просмотров:103
Эта новость заархивирована с источника 17 Ноября 2025 20:47 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















