Icma.az
close
up
AZ
Menu

Известные лица Турции задержаны в Стамбуле

В Тегеране бунтовщики сожгли 25 мечетей Minval Politika

Число голодающих в мире выросло до 673 млн человек

В Узбекистане закроют ряд таможенных постов?

Казахстан должен России свыше 15 миллиардов долларов

В Турции призывают: нам нужно ядерное оружие

Нефтчи против Кайрата

Источник инновации влияние степных племен

Убийство, всколыхнувшее Америку Кем была Рене Николь Гуд?

Противник Трампа готовится к последнему бою наш комментарий

Кадыров младший угрожает Зеленскому

Армения и Иран готовят документ о стратегическом партнёрстве

Трамп задумал заплатить до $100 000 каждому жителю Гренландии за присоединение к США

Грузинский паспорт занял 33 место в мире

В Армении разжаловали героя несуществующего государства

3I/ATLAS: третий межзвездный гость и загадки происхождения

Telegraph: Британия может запретить X из за чат бота Grok

США добьются контроля над Гренландией "тем или иным способом" Трамп

Наука молодеет: более 130 азербайджанских учёных до 35 лет стали докторами философии

bp готовится к развертыванию передовой технологии глубоководного вмешательства на АЧГ

Azərbaycan regionda "yaşıl enerji" sahəsində iddialı və ardıcıl siyasət yürüdən ölkələrdən biri kimi çıxış edir Azər Qarayev

Azərbaycan regionda "yaşıl enerji" sahəsində iddialı və ardıcıl siyasət yürüdən ölkələrdən biri kimi çıxış edir Azər Qarayev

Как передает Icma.az со ссылкой на сайт Day.az.

Son illər qlobal miqyasda enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri və dayanıqlı inkişaf məsələləri dövlətlərin əsas prioritetləri sırasına yüksəlib. Karbon emissiyalarının azaldılması, alternativ və bərpa olunan enerji mənbələrinə keçid artıq yalnız ekoloji seçim deyil, həm də iqtisadi və siyasi zərurətə çevrilib. Bu kontekstdə Azərbaycan regionda "yaşıl enerji" sahəsində iddialı və ardıcıl siyasət yürüdən ölkələrdən biri kimi çıxış edir.

Day.Az xəbər verir ki, bunu Trend-ə politoloq Azər Qarayev deyib.

"Azərbaycanın enerji strategiyası uzun müddət neft və qaz ehtiyatlarına əsaslansa da, son illərdə bu model tədricən şaxələndirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həm ənənəvi enerji sahəsində mövqelərini qoruyur, həm də bərpa olunan enerji istiqamətində sistemli və uzunmüddətli addımlar atır. 2026-cı il yanvarın 8-də Bakıda "Gülüstan" sarayında 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının açılış mərasimi bu siyasətin bariz nümunəsidir", - o bildirib.

Politoloq xatıradıb ki, Prezident İlham Əliyev çıxışında Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi və inkişafının son illər ərzində əsas prioritetlərdən biri kimi qəbul edildiyinə toxunub.

"Bu modernləşmə yalnız mövcud generasiya güclərinin yenilənməsi ilə məhdudlaşmayıb. Paralel olaraq bərpa olunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyası genişlənib. Prezident İlham Əliyevin sözlərinə görə, son 20 il ərzində ölkəmizdə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlərlə müqayisədə təxminən üç dəfə artıb. Bu gün bizim generasiya gücümüz təxminən 10 min meqavata bərabərdir.

240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyası Azərbaycanın bərpa olunan enerji sektorunda indiyədək reallaşdırılmış ən iri layihələrdən biridir. Layihə Səudiyyə Ərəbistanının aparıcı enerji şirkətlərindən olan "ACWA Power" tərəfindən həyata keçirilib və bu, şirkətin Azərbaycanda ilk bərpa olunan enerji layihəsidir. Prezident İlham Əliyev bu məqamı xüsusi qeyd edib:

"Bu, "ACWA Power" tərəfindən Azərbaycanda inşa edilmiş birinci bərpa olunan elektrik stansiyasıdır, ancaq sonuncu deyil. Şirkətin daha böyük planları var və Azərbaycan dövləti bu planları tam dəstəkləyir".

Stansiyanın təməli 2022-ci ilin yanvar ayında qoyulub və cəmi dörd il ərzində layihə tam başa çatdırılaraq istismara verilib. Bu fakt Azərbaycanın investisiya mühiti, dövlət-özəl tərəfdaşlığı və icra intizamı baxımından mühüm göstəricidir", - o bildirib.

A.Qarayev qeyd edib ki, "Xızı-Abşeron" Külək Elektrik Stansiyası Abşeron və Xızı rayonlarının ərazisində yerləşir. Layihə çərçivəsində ümumilikdə hər biri 6,5 MVt gücündə olan 37 külək turbini quraşdırılıb. Stansiyanın illik enerji istehsalı təxminən 1 milyard kilovat-saat təşkil edir.

"Bu göstəricilər bir neçə mühüm nəticə yaradır: ildə təqribən 220 milyon kubmetr təbii qaza qənaət olunur; 400 min tondan çox karbon qazı emissiyasının qarşısı alınır; ölkənin enerji balansında "yaşıl enerji"nin payı əhəmiyyətli dərəcədə artır. Layihəyə ümumilikdə 340 milyon ABŞ dolları həcmində xarici investisiya cəlb edilib. Bu fakt bir daha göstərir ki, Azərbaycan "yaşıl enerji" sahəsində xarici sərmayədarlar üçün etibarlı və cəlbedici məkandır.

"Xızı-Abşeron" layihəsi təkcə enerji istehsalı deyil, həm də uğurlu beynəlxalq əməkdaşlıq nümunəsidir. Layihənin baş podratçısı Çinin "Power China Huadong Engineering Co., Ltd." şirkətidir. Prezident İlham Əliyev bu əməkdaşlığı yüksək qiymətləndirərək bildirib: "Burada biz çox uğurlu beynəlxalq əməkdaşlıq nümunəsini görürük".

Eyni zamanda Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin müavini Nasser Əl-Qahtani çıxışında bu layihənin iki ölkə arasında strateji tərəfdaşlığın göstəricisi olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu əməkdaşlıq təkcə bir layihə ilə məhdudlaşmır və gələcəkdə quruda və dənizdə yeni külək enerjisi layihələrini, eləcə də enerji saxlanması sistemlərini əhatə edəcək", - o bildirib.

Politoloq vurğulayıb ki, Azərbaycanın "yaşıl enerji" strategiyasında Xəzər dənizi xüsusi yer tutur. Beynəlxalq qiymətləndirmələrə görə, Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialı 157 giqavat səviyyəsindədir. Prezident İlham Əliyev bu barədə deyib: "Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə, 157 giqavat səviyyəsindədir. Yəni növbəti illərdə artıq bu proses Azərbaycanda geniş vüsət alacaq".

Bu potensialın reallaşdırılması Azərbaycanı regionun əsas "yaşıl enerji" mərkəzlərindən birinə çevirə bilər. Xüsusilə Avropaya yönələn "yaşıl enerji dəhlizi" təşəbbüsləri bu baxımdan strateji əhəmiyyət daşıyır.

Bərpa olunan enerji mənbələrinin əsas problemlərindən biri istehsalın fasiləli xarakter daşımasıdır. Azərbaycan bu məsələni də qabaqcadan nəzərə alaraq enerji saxlanması sahəsində addımlar atır. Prezident İlham Əliyevin açıqlamasına görə, ölkə tarixində ilk dəfə olaraq 250 MVt gücündə Batareya Enerji Saxlanc Sistemi yaradılır: "Bizdə bərpa olunan enerji potensialı çox artacaq, əlbəttə, biz bu enerjini saxlamaq üçün infrastruktur yaratmalıyıq".

Bu yanaşma göstərir ki, Azərbaycan "yaşıl enerji"yə yalnız istehsal deyil, bütöv enerji ekosistemi prizmasından baxır. İşğaldan azad edilmiş ərazilər Azərbaycanın yaşıl enerji xəritəsində xüsusi yer tutur. Son beş ildə Qarabağ və Şərqi Zəngəzurda 40-a yaxın kiçik su elektrik stansiyası inşa edilib və onların ümumi gücü 300 MVt-dan artıqdır. Gələcəkdə bu bölgədə daha 500-600 MVt gücündə su elektrik stansiyalarının tikintisi planlaşdırılır. Bu layihələr həm enerji təhlükəsizliyinə, həm də bölgənin sosial-iqtisadi dirçəlişinə töhfə verir", - o bildirib.

Onun sözlərinə görə, Azərbaycanın "yaşıl enerji" sahəsində uğurunun əsas səbəblərindən biri də sabit və etibarlı investisiya mühitidir.

"Prezident İlham Əliyev çıxışında bu məqama xüsusi diqqət çəkib: "Azərbaycan dövləti xarici sərmayələri daim qoruyur... qəbul edilmiş qərarlarda, kontraktlarda bir dənə də olsun nəinki paraqraf, nəinki maddə, hətta bir söz də dəyişilmir və dəyişilməyəcək".

Bu prinsip ölkəyə indiyədək 300 milyard dollardan çox xarici sərmayənin cəlb edilməsini təmin edib. Aşağı xarici borc səviyyəsi və yüksək valyuta ehtiyatları isə bu etibarlılığı daha da gücləndirir. İmzalanmış müqavilələrə əsasən, 2030-cu ilə qədər 6 qiqavat, 2032-ci ilə qədər isə 8 giqavat gücündə külək və günəş elektrik stansiyalarının inşası planlaşdırılır. Bu, Azərbaycanın enerji balansında "yaşıl enerji"nin payını kəskin şəkildə artıracaq. Prezident İlham Əliyevin sözləri ilə desək: "Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq".

"Xızı-Abşeron" Külək Elektrik Stansiyasının açılışı təkcə bir enerji obyektinin istifadəyə verilməsi deyil, Azərbaycanın "yaşıl enerji" strategiyasının praktik təcəssümüdür. Bu layihə ölkənin bərpa olunan enerji potensialını, beynəlxalq tərəfdaşlıq imkanlarını və uzunmüddətli strateji baxışını aydın şəkildə nümayiş etdirir. Azərbaycan bu gün həm neft-qaz ixracatçısı, həm də gələcəyin "yaşıl enerji" ixracatçısı kimi mövqeyini formalaşdırır. Atılan addımlar göstərir ki, bu yol təsadüfi deyil - düşünülmüş, ardıcıl və real nəticələrə hesablanmış dövlət siyasətidir", - A.Qarayev əlavə edib.

Следите за обновлениями и свежими новостями на Icma.az, где мы продолжаем следить за ситуацией и публиковать самую актуальную информацию.
seeПросмотров:96
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 10 Января 2026 12:14
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Известные лица Турции задержаны в Стамбуле

10 Января 2026 09:15see267

В Тегеране бунтовщики сожгли 25 мечетей Minval Politika

09 Января 2026 18:52see255

Число голодающих в мире выросло до 673 млн человек

09 Января 2026 18:41see253

В Узбекистане закроют ряд таможенных постов?

09 Января 2026 19:43see238

Казахстан должен России свыше 15 миллиардов долларов

09 Января 2026 12:32see231

В Турции призывают: нам нужно ядерное оружие

09 Января 2026 17:50see224

Нефтчи против Кайрата

09 Января 2026 08:22see214

Источник инновации влияние степных племен

09 Января 2026 12:50see190

Убийство, всколыхнувшее Америку Кем была Рене Николь Гуд?

09 Января 2026 10:41see186

Противник Трампа готовится к последнему бою наш комментарий

10 Января 2026 03:27see180

Кадыров младший угрожает Зеленскому

09 Января 2026 20:12see179

Армения и Иран готовят документ о стратегическом партнёрстве

09 Января 2026 20:40see176

Трамп задумал заплатить до $100 000 каждому жителю Гренландии за присоединение к США

09 Января 2026 20:54see171

Грузинский паспорт занял 33 место в мире

10 Января 2026 16:20see171

В Армении разжаловали героя несуществующего государства

09 Января 2026 16:33see167

3I/ATLAS: третий межзвездный гость и загадки происхождения

09 Января 2026 19:55see158

Telegraph: Британия может запретить X из за чат бота Grok

09 Января 2026 08:29see152

США добьются контроля над Гренландией "тем или иным способом" Трамп

10 Января 2026 02:00see152

Наука молодеет: более 130 азербайджанских учёных до 35 лет стали докторами философии

09 Января 2026 14:46see149

bp готовится к развертыванию передовой технологии глубоководного вмешательства на АЧГ

09 Января 2026 17:33see144
newsПоследние новости
Самые свежие и актуальные события дня